İş adamı Kəmaləddin Heydərovu jandarm adlandırdı

27.05.2014 - 00:17
“Onları eşitmədim deyə, mülkümü partlatdılar, başıma bu oyunu
açdılar. O nazir Azərbaycanın jandarmıdır”

 
Azər Əsgərov vaxtilə AXCP qərargahı yerləşən və “qəzalı vəziyyətdə
olduğundan” sökülən binanın sahibidir. O, bu günlərdə sökülən mülkünün
yerində çadır qurmaq istərkən, Nərimanov polisi tərəfindən saxlanıb.
Azər Əsgərov etirazının səbəbini və daha sonra olub-bitənləri
AzadlıqRadiosuna danışıb.

 – Siz nədən çadır qurmaq qərarına gəldiniz?

 – Mənim mülkümün altındakı zirzəminin sahibinə 177 min manat
kompensasiya ödəyiblər. Hətta üç qonşuya da zərərçəkmiş kimi pul ödənib.
Mənsə indiyədək bircə qəpik də almamışam. Kompensasiya ala
bilmədiyimdən, hasara alınmış yeri sökdüm, girdim içəri. Çadır qurub
orada yaşamaq istəyirdim. Polislər töküldü, tutdular məni. 4 saat sonra
buraxdılar. Polisdən dedilər ki, icra hakimiyyəti ilə danışıblar ki,
mənim problemim həll olunsun. Dedilər ki, bazar ertəsi gedərsən icra
hakimiyyətinə. Getdim, qəbul etmədilər. Özbaşınalıqdır. Mənim mülkümü
Fövqəladə Hallar Nazirliyi dağıdıb. Nə mülkümün pulunu ödəyirlər, nə də
ki, içəridən götürdükləri əşyaları qaytarırlar.

 – Deyirsiniz ki, mülkünüzün altındakı zirzəminin sahibinə, hətta qonşulara da kompensasiya ödənilib. Sizə niyə fərq qoyulur ki?

– Fərq odur ki, mən qərargahı AXCP-yə vermişəm. O vaxt fövqəladə
hallar naziri Kəmaləddin Heydərov mənim yanıma adam göndərmişdi ki,
qərargahı cəbhəçilərə verməyim. Onları eşitmədim deyə, məni bu günə
saldılar. Cəzalandırırlar məni. Mülkümü partlatdılar, başıma bu oyunu
açdılar. O nazir Azərbaycanın jandarmıdır.

 – Qanun çərçivəsində çıxış yolunu nədə görürsünüz?

 – Azərbaycanda qanun işləyir? İşləyirsə, mənə yol göstərin, onu
edim. Mən DİN-ə, prokurorluğa, MTN-ə dəfələrlə müraciət etmişəm. Məni
eşidənmi var? Heç kim maraqlanmır. Ancaq mətbuat konfransında əsəbiləşib
söz işlətdiyimə görə məni “bandotdel”ə çağırıblar. Mətbuat konfransında
demişdim ki, dövlət tədbir görmək istəmirsə, mənə haqsızlıq edənlərə
 özüm tədbir görüm, özüm cəzalandırım.  Dedilər ki, bu sözlərə görə sənə
cinayət işi açılacaq. Mən də dedim ki, mənim əvvəlki şikayətlərimi niyə
araşdırmırsınız? İzahatımı alıb buraxdılar. Azərbaycanda dövlət var,
ancaq hakimiyyət yoxdur. İcra hakimiyyətindən deyirlər ki, biz lazım
olan sənədləri FHN-ə göndərmişik. Deyirlər, gedib ilişir qalır orada.

 – Olub-bitənlərdən sonra mülkünüzü AXCP-yə vermənizdən peşman deyilsiniz?

 – Peşman deyiləm. Bu cür hakimiyyətlə sona kimi mübarizə aparmağa
hazıram. İstəyir, məni lap həbs etsinlər. Mənim mülkümü quldurcasına
dağıtdılar. Bütün bu işlərin başında Kəmaləddin Heydərov dayanır.

 – Bundan sonra nə etməyi düşünürsünüz?

 – Həftənin sonunadək gözləyirəm. Müraciətlərimə baxılmasa, yenə
gedib mülkümdə çadır quracağam. Prezidentə də müraciət etmişəm. Bakı
şəhər İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişəm… Sonunda Avropa
Məhkəməsinə üz tutacağam.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031