“Azercell”in “5 manat” fırıldağı
Şirkət müştərisini
500 dəqiqə alacağı ümidi ilə qoşulduğu kampaniyada aldadıb
Ötən gün redaksiyamıza müraciət edən
Cəlal Səfərov adlı Bakı sakini “Azercell” mobil operatoru ilə yaşadığı
problemdən bəhs edib. Mediaya müraciət edən vətəndaş bildirir ki, bu yaxınlarda
sözügedən şirkətin kampaniyası ilə tanış olub və 500 dəqiqə danışıq əldə etmək
üçün 8770 nömrəsinə 500 rəqəmini yazaraq göndərib.
Şikayətçi deyir ki, həmin kampaniyaya əsasən 500 dəqiqə üçün şirkətin 5
manat çıxacağı qeyd olunuğ. “Mən də deyilən kimi etdim. Mesaj gəldi ki, 500
dəqiqə 24 saat ərzində balansıma yatırılacaq. Amma anındaca hesabımdan 5 manat
çıxıldı. Doğrusu, təəccüb elədim və məsələni aydınlaşdırmaq üçün “Azercell”in
operatorları ilə telefonla danışdım. Onlara izah etdim ki, hesabımdan çıxılan 5
manatın 500 dəqiqə ödənilmədən alınması qanusuzdur. Çünki şirkət həmin danışıq
dəqiqələrini mənim hesabıma yatırmaya da bilər. Və ya hal hazırda mənim danışıq
üçün həmin 5 manata ehtiyacım ola bilər. Amma şirkətin nümayəndəsi hər hansı
bir köməklik göstərə bilməyəcəyini deyib, dəstəyi yerinə qoydu”.
Cəlal Səfərov bildirir ki, “Azercell”in qeyd olunan kampaniyasının müddəti
mayın 24-ü başa çatıb. “Yəni, mayın 25-dən etibarən 500 dəqiqə üçün müraciət
edənlərin balansına bu danışıq müddəti yatırılmayacaq. Artıq ödəmənin üzərindən
2 gün keçib və mən hələ də 500 dəqiqəmi ala bilməmişəm. Bu “Azercell”in növbəti
fırıldaqlarından biridir”.
Tural
Short URL: http://www.cumhuriyyet.net/?p=7490