Mirqədirovun anası danışdı

27.05.2014 - 02:19
“Vətənini sevən insana belə ittiham bir az günahdı”

 
“Casusluq” maddəsi ilə ittiham olunan “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova deyir ki, oğlunun tutulması Azərbaycan iqtidarının “marağında deyil”.
“Azərbaycan dövləti də, Azərbacan iqtidarı da heç cür maraqlı deyil ki, Rauf kimi jurnalisti tutsun və zərərsizləşdirsin ki, o yeri gələndə ermənilərin qabağında cavab verə bilməsin. Onun tutulması Azərbaycanın düşmənlərinə və onların havadarlarına sərf edir”, xanım Mirqədirova BBC Azərbaycancaya müsahibəsində deyib.Jurnalistin atası Həbibulla Miqrədirov mayın 24-də dünyasını dəyişib. Rauf Mirqədirov atasının yasında iştirak etmək üçün müvəqqəti Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında çıxarılaraq  evə gətirilib.
Rauf Mirqədirovun atasının 7 mərasiminə qədər evdə olacağı deyilsə də, Turan İA-nin məlumatına görə bazar ertəsi o, yenidən MTN-nin İstintaq Təcridxanasına aparılıb.
“Rauf evdə heç kim heç nə danışmır”
Jurnalistin anası deyir ki, həyat yoldaşının ölümündən bir gün əvvəl evində axtarış keçirilib. “Axtarış olanda əhvalı pisləşməmişdi. Yoldaşlar gəldilər, onları mehribancasına qəbul etdi. Bu görünür ki, artıq oğlu ki tutulmuşdu, məhz onunla əlaqədar yığılmışdı ürəyində və öz partlayışını göstərdi”.
Oğlunu uzun müddətdən sonra ilk dəfə gördüyünü deyən Rəfiqə Mirqədirovanın sözlərinə görə, Rauf Mirqədirov evdə heç kimlə tutulmasının səbəbləri barədə danışmır. “Anasına o qədər böyük hörməti, izzəti var ki, o artıq bir kəlmə də bizimlə danışmır və bizi incitmək istəmir. Nəinki bizlə, heç kəslə bu haqda danışmır. Raufun bütün məqalələri dövlətçiliyin inkişafına xidmət edib, verdiyi təhlillər Azərbaycanın inkişafı üçün lazım olub”.
“Vətənini sevən insana belə ittiham…”
Xanım Mirqədirovanın sözlərinə görə, oğlu “vətənini sevən insandır” və ona qarşı irəli sürülən ittiham bu baxımdan “əsassızdır”. “Vətənini sevən insana belə ittiham bir az günahdı, çünki onun analitikasında dövlətçiliyə ziyan verəcək heç bir kiçik fikir olmayıb. Bu, o ittihamın nə dərəcədə əsassız olduğunu göstərir. Ümid edirəm ki, bu bir anlaşılmazlıqdı və Azərbaycan dövləti öz vətəndaşına sahib çıxacaq”.
Oğlunun üç ildən artıq müddətdə Türkiyədə yaşadığını deyən Rəfiqə xanım jurnalistin peşə fəaliyyətinə görə ölkədən getməsi barədə fikirlərlə “qəti razı deyil”.
“Ona Türkiyədə hansısa təzyiq olmayıb. Heç vaxt bizə öz işi barəsində danışmayıb. İstəməzdi ki, anası və atasının nəsə bir könlünə dəyən bir söz desin. Ancaq soruşurdu ki, necəsiz, nətərisiniz, özünüzdən muğayət olun, öpürəm sizləri”.
“Mənə Ermənistana getdiyini demirdilər”
Jurnalistin Ermənistan səfərləri barədə məlumatsız olduğunu söyləyən xanım Mirqədirovanın sözlərinə görə, oğlu bu səfərləri valideynlərindən gizlədib. “Mən evə zəng eliyəndə deyərdilər ki, Rauf gedib Moskvaya, Rostova konfransa. Yəni onlar bizə Ermənistan haqqında demirdirlər. Bilirdilər ki, çox gərgin vəziyyət keçirəcək. O qayıdandan sonra məqaləni oxuyanda yoldaşım bilirdi ki, bu Ermənistana gedib. Oğlunun nəfəsini o qəzetlərdən duyurdu”.
Jurnalistin Türkiyədə qalan ailəsi ilə telefonla əlaqə saxladığını deyən Rəfiqə Mirqədirovanın sözlərinə görə, onun xanımının viza müddəti iyunun sonunda bitir. “Yoldaşı Türkiyədədir, böyük qızı Soa da məktəbi iyulda qurtaracaq. Ona görə vizasını artırdı bir ay. Sonra baxarıq nə olacaq”.
“Mama, yaxşılığı istəyərək yazıram…”
Oğlunun siyasi analizlərinin və proqnozlarının doğru olduğunu deyən xanım Mirqədirova deyir ki, jurnalisti bəzən məqalələrinə görə “qınayıb”. “Bəzən elə olur ki, məqalələrinə görə onu qınamışıq ki, belə yazmasaydın daha məsləhət olardı. Bu onun analitikasına yox, ölkə daxili vəziyyətə aid yazılar idi. Biz ona nəsə irad tutanda deyirdi ki, “mama mən yaxşılığı istəyərək nəyisə yazıram”. Ona görə inanmıram ki, onu buna görə tutublar”.
Sonda xanım Mirqədirova prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Rauf Mirqədirovun azadlığa çıxması üçün müraciət edib. “Çox xahiş edirəm ki, oğlum saf və təmiz insandır, bütün bunları nəzərə alaraq onu buraxsınlar. Onun cavanlığına, atanın rəhmətə getməsinə, anasının qoca yaşlı qadın olmasına görə (günahından) keçsinlər. Göstərilən məqalələrində əgər o həqiqətən səhv edibsə, kiminsə könlünə toxunacaq bir hissə varsa keçsinlər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7495

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031