Kəmaləddin Heydərov hakimiyyətdə narahatlıq yaradıb

27.05.2014 - 10:48

Kəmaləddin Heydərov hakimiyyətdə narahatlıq yaradıb

“Fövqəlnazir”in ABŞ rəsmisi ilə görüşü iqtidarda birmənalı qarşılanmayıb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersini ilə görüşü hakimiyyət daxilində birmənalı qarşılanmayıb. Qeyd edək ki, “fövqəlnazir”lə Bersini arasında görüş bu günlərdə baş tutub. Azərbaycana səfər edən Bersini ilə görüşdə qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Həmçinin, FHN-in ABŞ-ın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi qonağın diqqətinə çatdırılıb.
“Azadlıq”a daxil olan məlumatlarda iddia edilir ki, Kəmaləddin Heydərovun Bersini ilə görüşü barədə hakimiyyət dəhlizlərində narahatlıqla danışılır. “Fövqəlnazir”in ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı ilə görüşünün arxasında hansısa məqsədlərin dayandığı barədə mülahizələr irəli sürülür.
Bu görüş hətta Kəmaləddin Heydərovun yaxın çevrəsində belə ciddi narahatlıq yaradıb. Xüsusilə ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginliyin fonunda bu görüşün təsadüfi olmadığı qənaəti var. Əgər “fövqəlnazir”in rəqibləri bu görüşlə bağlı hakimiyyət üçün hansısa təhlükələrin yarana biləcəyi barədə mülahizələr irəli sürürlərsə, Kəmaləddin Heydərovun yaxın ətrafı bu görüşdən istifadə edərək onun özünün karyerasına son verilə biləcəyindən ehtiyatlanırlar.
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031