“Ağac qətliamı”na qarşı aksiya keçirildi: Prezidentə müraciət edildi
Ərazidə yaşayan insanların həyatına təhlükə yaranıb
şəhəri Nərimanov rayonu Ziya Bünyadov küçəsi, ev 4854 və İ.P.Dadaşov
küçəsi, ev 52 ünvanlarında yaşayan sakinlər redaksiyamıza müraciət
edərək, şikayətlərini yuxarı orqanlara çatdırmaq üçün kömək istəyiblər.
Sakinlər yaşadıqları binanın qarşısındakı məşq meydançasının
sökülməsindən və ağacların kəsilməsindən narazılıqlarını bildiriblər.
gün bina sakinləri ağacların kütləvi şəkildə kəsildiyi məşq
meydançasında aksiya keçiriblər. Aksiya iştirakçıları ilə söhbətimiz
zamanı onlar baş verən hadisəylə bağlı 64 nəfərin imzası ilə bir ay
öncədən prezidentə müraciət etdiklərini bildirdilər.
Əliyev adlı sakin etdikləri müraciətə hələ də cavab verilmədiyini
söylədi: “Çox dəhşətli mənzərədir. Yaşıllıqlar bir anda məhv edilir. Bu
ağacların inkişafı üçün çox əziyyətlər çəkmişik. Yalandan ağacları guya
təhlükə yaratdığına görə kəsdiklərini bildirirlər. Sizi əmin edirəm ki,
kəsilən ağacın hər biri sağlam idi. Heç bir təhlükə törətmirdi. Bütün
bunlar bir tərəfə qalsın, övladlarımızın məşq etdikləri meydançanı belə,
məhv etdilər. Bir ay öncədən bu işlər başlayıb. Etirazımızı bildirdikdə
isə, açıq-aşkar bizə dağıdılan ərazinin yerində 4 mərtəbəli bina
tikiləcəyini dedilər. İndi biz anlaya bilmirik ki, baş verən bu
özbaşınalığa rəhbərlik edən kimdir? Gəlsin, bizimlə söhbət etsin və belə
qanunsuz addım atmasının səbəbini açıqlasın”.
ərazidə baş verən dağıntılardan sonra övladlarının həyatına təhlükələr
yarandığından da söz açdı: “Ağacları kəsəndən sonra dərin quyu qazdılar.
İndi o quyunun yerində dərin gölməçə əmələ gəlib. Bütün günü
övladlarımızı nəzarətdən buraxmırıq. Quyuya düşə biləcəklərindən
qorxuruq. Artıq istirahət etmək üçün yer də yoxdur. Binanı demək olar
ki, mühasirəyə salıblar. Bütün bunlarla bağlı dəfələrlə Prezidentə,
Mehriban Əliyevaya, 102 xidmətinə və başqa qurumlara müraciət etmişik.
Prezidentin şəxsən özünə məktub yazmışıq. Təəssüflər olsun ki,
müraciətlərimizə hələ də cavab verən tapılmayıb. Kimin pulu, gücü varsa,
belə özbaşınalığı o, edə bilər. İcra hakimi bu yeri satıb, pulunu da
cibinə qoyub”.
şəxs kimliyini deməsə də, aldıqları icazə kağızını bizə göstərdi:
“Qanundan kənar heç bir hərəkət etmirik. Qanuni icazə kağızımız var.
Kağızda göstərildiyi kimi, bu ağaclar insanların həyatına təhlükə
törətdiyinə görə kəsilir. Göstərilən yerlərdəki bütün ağaclar
kəsiləcək”.
etirazına məhəl qoyulmadan söküntü işləri və ağacların kütləvi şəkildə
kəsilməsi prosesi davam etdirilir. Kəsilən ağaclar anındaca maşınlara
yüklənib, başqa istiqamətə aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=7516