Prezident İspaniyada günü 8 min dollarlıq oteldə dincəlir
“The Daily mail”: Putin İspaniyada kral apartamentlərində
dincəlir və sutkası 8 min dollar olan super-lüks kurortda cavanlaşma
prosedurları keçir
Qərbin əsas düşməni olan Rusiya prezidenti Vladimir Putin İspaniyada
model Naomi Kembel və müğənni Kayli Minouqun dincəldiyi super-lüks
oteldə dincəlir.
“The Daily mail” nəşrinin məlumatına görə, Putin onu Adolf Hitlerlə
müqayisə edən şahzadə Çarlsla qalmaqaldan dərhal sonra Kosta Blanka
sahillərində “Sha Wellness Clinic” sanatoriyasında apartament
kirayələyib.
Prezidentin kirayələdiyi apartement 320 kv metr sahəni əhatə edir.
Ora şəxsi hovuz, meditasiya üçün bağ, şəlalələr və fontanlar daxildir.
Bundan əlavə, müştəriyə şəxsi vertolyot da təqdim edilə bilər.
Belə apartamentdə bir gecə 8 min 100 dollardıır. Nəşrə məlum olub ki,
Putin sanatoriyada arıqlama proqramına yazılıb. Orda olduğu müddətdə o
meyvə və tərəvəzlərdən ibarət pəhrizdədir. Bundan əlavə, o cavanlaşma
prosedurları keçir.
Putinin İspaniya kurortunda neçə gün qaldığı hələlik məlum deyil.
Ancaq o ora kifayət qədər böyük qarderobla gəlib. Rusiya prezidenti özü
idə 93 çemodan geyim gətirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7523