Ziya Məmmədovun nəqliyyat infrastrukturunda batırdığı 21 milyard

28.05.2014 - 09:29

Gürcustan
nəqliyyatin intelektul idarəçiliyinə 20 milyon pul ayırıb və həm metro, həm də
avtobus nəqliyyati Azərbaycanda olandan dəfələrlə keyfiyyətli və  ucuzdur

 

Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə
Toplantısında Prezident İlham Əliyevin nitqində bildirmişdir ki: “2003-2014-cü
illər ərzində Azərbaycanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə 21
milyard ABŞ dollarına yaxın investisiya qoyulmuşdur.”

Real vəziyyəti
qiymətləndirdikdə isə görünür ki, 2003-2014-cü illər ərzində milyardlarla
dövlət vəsaiti Nəqliyyat İnfrastukturunun inkişafi adı altında  mənimsənilib. Yəni İlham Əliyevin dedikləri
səhrada dəniz görüntüsüdür. Səhrada isə su yox, ilqım olur. Belə ki, Bakıdan
Quba və Sumqayıt istiqamətində çəkilən beton yollar artıq dağılmaq üzrədir. Bu
onda ibarətdir ki, yolu inşa edən tiki
ni şirkəti pulu mənimsəyərək standartlara
əməl etməyib. Eyni
hallar Bakı-Qazax istiqamətində də mövcuddur. Bakı-Astara, Bakı -Hacıqabul və
Bakı- Biləsuvar- Horadız istiqamətində yollar dəhşətli  həddədir və yalnız Əfqanistanın yolları  ilə müqayisə edilə  bilər. Kimin buna şübhəsi  varsa buyurub gedib maşının bu  yollarda sındıra bilər. Bu sifarişləri yerinə  yetirən şirkətlərin tenderlərdən qalib
çıxması da qaranlıqdır. Bakı- Astara və Astara -Tiflis istiqamətində olan körpu və yolların  bu günə kimi naməlum səbəblərdən  tikilib
qurtarmaması məhz  bu işdə böyük qəlir
əldə etmək istəyən nəqliyyat nazirinin  böyük
korrupsiya  palanlarının necə həyata
keçirilməsindən aslıdır. Nə qədər acı olsa da Azəarbaycan iqtidarının xalq talan
etməsi, Hülaki xanlarının sərvət taplamasına bənzəyir.

Bərbad gündə olan
infrasturuktur  yalnız prezident bu istiqamətlərə  səfəri zamanı təcili  olaraq müvəqqəti təmir edilir. Belə təmirin də ömru bir-neçə  yağış yağandan sonraya kimi olur. Statistik
rəqəmlərdə deyilən 21 milyard puldan xalqın nəqliyyat infrastrukturları üzrə
ehtiyaçları köklu sürətdə düzəlməyib, hərçəndi ki, Bakının nəqliyyat xidmətinin
intelektual  idarəçiliyinə birinci etapda
100 milyon pul ayrıldı. Amma nəticə Cənubi Koreyadan təmirdən sonra  alınan yaşıl rəngli Daewoo markalı  avtobuslar heç 5 il işləmədi. Dünya
statdartlarında  nəqliyyat parkı
yeniləndiyi halda onun istismarı 20 il olmalıdır, digər dövlətlərdə avtobuslar
istismarda 20 ilə kimi olur və daha sonra onları satışa çıxarıllar. Belə əməliyyatı Azərbaycan höküməti 1998-1999 illərdə
Hollandiyanın Daf markalı  köhnə
avtobuslarını təzə qiymətə  gətirməklə
həyata keçirmişdi.

İkinci  etapda  gətirilən Daewoo markalı avtobuslar da
tələbata uyğun deyil. Marşurutlar üzrə gündəlik 120-220 manat arasında dəyişən
plandan sonra onlara qalan və ya qalmayan 20-30 manatla kifayətlənməli olurlar.
Müqayisə üçün deyə  bilərik ki, Gürcustan
nəqliyyatin intelektul idarəçiliyinə 20 milyon pul ayırıb və həm metro, həm də
avtobus nəqliyyati Azərbaycanda olandan dəfələrlə keyfiyyətli və  ucuzdur. Azərbaycanda olan tramvay və  trolleybusların məhv edilməsini onların
saxlanılmasının baha başa qəlməsi ilə izah edilirdisə bunların əvəz edən
avtobusların şəhərin ekoloqiyasına vurduğu zərər isə tramvay və  trolleybusların saxlanılmasına çəkilən
xərcdən daha çoxdur. Eyni  zamanda bu
günə kimi iki mərtəbə  avtobusların
gətirilməməsi nəqliyyatda qiymətlərin və əhalinin daşınmasında olan problemləri
aradan qaldıra bilsə də bu  məsələ hələ də
açıq qalır.

Prezidentin ağız doludu  danışdığı 21 milyardın önəmli hissəsi Silk
way sirkərinə və  aeroportlarına
xərclənən pullardır. Bu şirkətdə isə  prezidentin qızlarına
məxsus  olması onu  açıq göstərir ki, prezidentin dövlət
vəsaitini ailəsinə məxsus biznesə yatırır. Xalq bunu qəribliyə  salsa da Cəmil
Həsənli bunu  İctimai TV vasitəsi ilə seçicilərinə
xitabən buyurdu: “İlham Əliyev xirdəyəcən korrupsiya işindədir”

Qeyd edilənlər tam həqiqətdir
və bu sahədə dövlət vəsaitinin mənimsənilməsi kütləvi haldadır. Bu günə kimi bu
sahdə  şəffalıq  yoxdur və maliyyə əməliyyatları ictimayyətə
qapalıdır. Bir  şey qəbul edilməlidir ki,
Azərbaycan xalqının malik olduğu resurslar  xalqın mənafeyinə
xidmət etmir. Belə davam etsə gələcək nəsillərin ciddi problemlərlə üzləşməsi
qaçılmazdır.

Belə halların aşkarlanması  yalnız vətəninə bağlı təmiz vicdanı olan  şəxlərin icra edici və məhkəmə hakimiyyətində
yer almasından  keçir ki,  bu da demokratiyanın təməl prinsipidir,
dövlət vəzifələrində ən yüksək bacarığı olan, xalqın mənfeyinə xidmət edib,
təmiz adını qoruya bilən mütəxəsislər işləməlidirlər, daha buyruq qulları yox.

 

Cəmil Hacıyev

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7530

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031