ABŞ Putini devirmək üçün 30 milyard pul ayırır

28.05.2014 - 10:59

Konqresə qanun layihəsi təqdim olunub; Sənəddə Azərbaycanla bağlı məsələyə də toxunulub

ABŞ Ukraynada baş verən Meydan hadisələrini Moskvada da təkrarlamaq
niyyətindədir. ABŞ Konqresi Putini devirmək məqsədilə 30 milyard dollar
pul ayırmağı planlaşdırır. Konqresin saytında yerləşən qanun
layihəsindən belə nəticə çıxır.
Sənədi Amerika parlamentində Con
Makkeynin rəhbərliyilə 26 Respublikaçı-senator hazırlayaraq,
qeydiyyatdan keçirib. Putinin devrilməsinin maliyyələşdirilməsinə dair
sənəd “Rusiya təcavüzünün qarşısının alınması aktı-2014” adlanır.
Respublikaçılar
partiyası nümayəndələrinin qanun layihəsində göstərdikləri tədbirlər
siyahısı kifayət qədər maraqlıdır. Amerika qoşunlarının Rusiya
sərhədləri boyu yerləşdirilməsi, hərbi təlimlərin tezliyinin və
müddətinin artırılması, Rusiya müxalifətilə əlaqələrin gücləndirilməsi,
hər il 10 milyard olmaqla, 3 il ərzində Rusiyanın demokratikləşməsi üçün
vəsait ayrılması nəzərdə tutulub.
Qanun layihəsinin 206-cı
bölməsində demokratik idarəçiliyin təkmilləşdirilməsi, anti-korrupsiya
proqramları və qanunun aliliyinin təmin olunmasına maliyyə vəsaitlərinin
ayrılmasından söhbət gedir. Kifayət qədər böyük məbləğ Rusiyada
internet istifadəçilərinin senzuradan yan keçməsini təmin edəcək texniki
imkanlara sərf olunacaq. Bundan əlavə, vətəndaş cəmiyyətinin, siyasi
təşkilatların maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlətin
nəzarətində olmayan mətbuat orqanlarının dəstəklənməsinə də böyük vəsait
ayrılacaq.
Bu sənəd ABŞ Konqresinin Beynəlxalq münasibətlər
komitəsində iki oxunuşdan keçib. Amerikalı politoloqların fikrincə,
Konqresdə üstünlüyü olan Respublikaçılar partiyasının sənədin yaxın
vaxtlarda qəbuluna nail olacağı şübhə doğurmur.
Qanun layihəsinin bir
necə bölməsində Azərbaycanın adı çəkilir. Avropanın enerji
təhlükəsizliyində Azərbaycanın ciddi rol oynamasının təmin edilməsi
məqsədilə bu ölkəyə xüsusi diqqət göstərilməsinin vacibliyi vurğulanır.
Bundan başqa, ABŞ və NATO Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanla
hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə
qaldırmaq üçün yaxın zamanlarda zəruri addımlar atmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7534

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031