Qazaxda təhsil korrupsiyası

28.05.2014 - 12:15

Təhsil şöbəsinin müdiri təhsil ocaqlarını şəxsi
biznes obyektinə çevirib


 

Radaksiyamıza
Qazax rayon təhsil şöbəsində baş verən qanunsuzluqlar və korrupsiya haqda
məlumatlar daxil olub. Məlumata əsasən şöbə müdiri müəllimlərin dərs saatlarını
süni şəkildə şişirtməklə hər ay külli miqdarda vəsait qazanır. Bildirilir ki,
təhsil şöbəsi müdirinin göstərişi ilə kənd məktəb direktotları 100-ə yaxın
şagirdi rəhbərlik etdikləri məktəblərdə qeydiyyata alıblar. Həmin şagirdlərin
bir hissəsi Bakı şəhərində imkanlı ailələrin, bir hissəsi isə rayon idarə və
müəssisə rəhbərlərinin övladlarıdır.

Qeyd olunan
şagirdlərin adları Qazax məktəblərində getsədə əslində onlar özəl hazırlıq
kurslarında ali məktəblərə hazırlaşırlar.
Mənbə
qeyd edir ki, təhsil şöbəsinin müdirinin maxinasiyaları bunula bitmir. Başqa
bir maxinasiya isə kənd məktəblərində işləyən müəllimlərin dərs saatlarının
şişirdilməsidir.
Cumhuriyyet.az-a daxil olan
məlumata görə
, Əhməd Dərgahquliyevin “dərs
şişirtmə” əməliyyatına məktəb direktorları köməklik göstərir. Direktorların bu
işdə çıxarı isə bəzi müəllimlərin adlarına şişirdilmiş əmək haqqlarını
almalarıdır. Məlumata əsasən Şuşa şəhər və kənd məktəblərində işləyən
müəllimlərin təxminən yarıdan çoxunun dərs saatları şişirdilib və buna görə ay
ərzində şöbə müdirinə 15 minə yaxın vəsait çatır. Təhsil şöbəsi müdirinin
həyata keçirdiyi bütün maxinasiyalara isə adının hələlik sirr kimi saxladığımız
bir adamla şərik olduğu bildirilir. Təhsil şöbəsi müdiri dəvtərxana, paltar,
ərzaq, yumşaq və bərk mebel və sair xərclər, həmçinin başqa əməliyyatları ilə
bağlı redaksiyamıza göndərilən məlumatlar araşdırılır, növbəti saylarımızda
oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeini
dərc etməyə hazırıq..

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7538

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031