Ermənilər hücuma keçdi

28.05.2014 - 12:52

Daha bir əsgərimiz ağır yaralanıb 

Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə Azərbaycan postuna basqın etməyə cəhd göstərib. Hər iki tərəfdən itki var.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni
kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin
ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə
basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi
qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə
alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan
Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət
və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması
zamanı şəhid olub.

Döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik
göstərdiyinə görə kapitan Məmmədov Fikrət Akif oğlu ölümündən sonra
“İgidliyə görə” medalı verilməsinə təqdim olunub.

Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il
təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il
təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb
müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti ağırdır,
həkimlərin nəzarəti altındadır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş
postunda şəxsi şücaət göstərdiynə görə gizir Abilov Xudaverdi Fərhad
oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli
medalı ilə təltif edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət sabitdir və Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7540

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031