Ayaz Əsgərov cəbhə xəttində strateji torpaqları satır

29.05.2014 - 11:53

Rayonun “Su-15” ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 2 hektara yaxın torpaq sahələri qısa müddət ərzində satılaraq mənimsənilibRayonun “Su-15” ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 2 hektara yaxın torpaq sahələri qısa müddət ərzində satılaraq mənimsənilib
“Cənab Prezident! Son zamanlar Qazax rayonunda məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və qanunsuzluqlar dözülməz həddə çatıb. Rayon icra başçısı Ayaz Əsgərovun yarıtmaz fəaliyyəti əhali arasında narazılıqlar yaradıb. Rayonda ciddi sosial-iqtisadi problemlər höküm sürür. Tam məsuliyyətlə demək olar ki, bütün idarə, müəssisə və təşkilatların fəaliyyətində və maliyyə-təsərrüfat işlərində ciddi qanun pozuntuları mövcuddur. Əsasən rayonun sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ayrılan vəsaitin çox hissəsi mənimsənilir”.
 Bu fikirlər Qazax rayon sakini Şirəliyev Cavid Ələsgər oğlunun Prezidenti İlham Əliyevə olan müraciətindəndir. Müraciətin surətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başda olmaqla, bir sıra dövlət qurumlarının rəhbərlərinə və mediaya göndərən Cavid Şirəliyev bildirir ki, icra başçısı Ayaz Əsgərovun bilavasitə rəhbərliyi altında həyata keçirilən qanunsuzluqlar, özbaşınalıqlar, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət və korrupsiya halları rayonda ciddi sosial gərginliyə zəmin yaradır. Məktubda daha sonra deyilir:
“Cənab Prezident! Əldə etdiyim digər məlumata görə, Qazax rayon icra başçısı Ayaz Əsgərov, rayon bələdiyyəsinin sədri Oktay Hüseynov, torpaq şöbəsinin müdiri Sərxan Nəbiyev və digər bir neçə vəzifəli şəxs “torpaq islahatı” adı altında rayonun strateji əhəmiyyətli torpaq sahələrini qazanc əldə etmək məqsədilə iş adamlarına satmaqla məşğuldurlar. Rayonun “Su-15” ərazisində yerləşən orta məktəbin qarşısındakı təxminən 2 hektara yaxın torpaq sahəsi qısa müddət ərzində satılaraq mənimsənilib. Hazırda həmin yerlərdə çoxsaylı ticarət obyektlərinin tikintisi həyata keçirilir. Bu isə əhali arasında ciddi söz-söhbətlər və narazılıqlar yaradır.
İcra başçısının rəhbərliyi altında Qazaxda sözün həqiqi mənasında “gestapo” rejimi yaradılıb. Bu barədə dəfələrlə ölkə mətbuatında geniş yazılar dərc olunub və olunur. Lakin aidiyyatı qurumlar həmin vəzifəlilərin qanunazidd və özbaşına hərəkətlərini ört-basdır etməyə çalışır və bu da rayonda toxunulmazlıq ab-havası yaradır. Baş verənlərlə bağlı müvafiq təbirlər həyata keçirməli olan həmin qurumlar əslində hərəkətsizdirlər. Həmçinin Qazax bölgəsindəki bu arzuolunmaz durum barədə Sizlərə doğru-düzgün məlumat verməli olan vəzifəli şəxslər də prosesləri nədənsə ört-basdır edirlər. Bu da cəmiyyətdə vətəndaş-hakimiyyət münasibətlərinə zərbə vumaqla bərabər, cəmiyyətdə inamsızlıq yaradır.
Cənab Prezident! Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Sizdən xahiş edirəm ki, bu müraciətimin şəxsi nəzarətiniz altında ciddi araşdırılması üçün xüsusu komissiya yaratmaqla, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verən vəzifəli şəxslər barədə ciddi şəkildə qanuna müvafiq tədbirlərin həyata keçirilməsindən ötrü aidiyyati qrumların rəhbərlərinə göstəriş verəsiniz.
Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm!”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031