Leyla Yunusun prokurorluqla pasport davası
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 29-da Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə dəvət olunub. “Səhər saat 10:05-də xüsusilə mühüm işlər üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra prokurorkuğa gəlməyimi istədi”, – L.Yunus Turan-a bildirib. O qeyd edib ki, görüşün səbəbləri açıqlanmayıb.
“Mən Ləmbəranskiyə dedim ki, bir şərtlə gələrəm ki, qanunsuz götürülmüş pasportlarımız mənə və həyat yoldaşıma qaytarılsın”, – L.Yunus vurğulayıb. O dəqiqlədirib ki, pasportları aldıqdan iki saat sonra prokurorluqda olacaq.L.Yunus jurnalistlərin dəstəyini istəyib.
Xatırladaq ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç bir ittiham irəli sürülməyib. Lakin hökumətyönlü KİV onu erməni QHT-lərlə əməkdaşlıqda ittiham edib
Short URL: http://www.cumhuriyyet.net/?p=7554