Gülənə qarşı 11 maddəlik cinayət işi

29.05.2014 - 14:43

Ankara Respublika Prokurorluğu tərəfindən Fətullah Gülən haqqında başladılan istintaq işi genişləndirilir. İstintaqı Prokurorluğun Konstitutsional Nizama qarşı Cinayətlər Şöbəsi icra edir. Prokurorluq Gülənə qarşı olan məhkəmə proseslərini yenidən araşdırır. Prokurorluq Güləni “Türkiyə Cümhuriyyəti Hökumətini məhv etmək məqsədi ilə təşkilat yaratmaq, idarə etmək və çevrilişə cəhd etmək” iddiaları ilə istintaq işi yürüdür. Publika.az xəbər verir ki, “Hürriyət”in əldə etdiyi məlumatlara görə, prokurorluğun Güləni ittiham etdiyi cinayətlərdən bəziləri bunlardır:
Hökuməti devirib yerinə şəriət qanunlarının işlədiyi bir İslam diktaturası qurmaq.
– Bu məqsədinə çatmaq üçün beynini yuduğu gənclərdən istifadə etməyi planlaşdırdı. Ölkə daxilindəki və xaricindəki təhsil müəssisələrini bu məqsəd üçün vasitə olaraq istifadə etdi.
– Bəzi siyasi partiya, bəzi şəxs və bəzi dövlət məmurları tərəfindən qəbul edildiyi üçün onlardan sui-istifadə etdi.
– Dini siyasi fiqur olaraq onu gündəmdə saxlayan şübhəli maliyyə dəstəyinə sahibdir.
– Alyansında olan vəqf, məktəb, universitet və hazırlıq kurslarından istifadə edərək təhsilli gənclərdən ibarət bir təbəqə yaratdı. Və həmin gəncləri dövlətin bütün nazirliklərinə – xüsusən də Təhsil nazirliyi və Daxili İşlər Nazirliyinə sızdırdı.
– Seçilmiş tələbələrə qarşı beyin yumaq üsulundan istifadə etdi. Təhsil sahəsində dövlətdən də irəli imkanlara sahib oldu.
– Türkiyə Silahlı Qüvvələrinə sızmaq siyasətini davam etdirdi.
– Loyal və modern imici ilə siyasi partiyalara nüfuz etdi.
– Bölgə imamı, şəhər imamı, məhəlllə imamı, ev imamı kimi qeyri-leqal quruluşla bütün ölkəni hörümçək toru kimi cənginə aldı.
– Bütün dövlət orqanlarında, yerli idarəçiliklərdə, vətəndaş cəmiyyətində təşkilatlandı.
– Dövlət idarəçiliyini ələ keçirmək üçün bütün orqanlara tərəfdarlarının gətirilməsini təmin etməklə təşkilatlandırmaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7566

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031