Ceyhun Osmanlının qardaşı “vuruldu”
Millət vəkili Ceyhun Osmanlının
qardaşı Faiq Osmanlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin
Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisi vəzifəsindən azad olunub.
Vəzifəsi kiçildilərək Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsinə
təyin olunub.
Mühafizə Bölməsinin kadrlar şöbəsindən məlumatı Aktual.az-a
təsdiqləyərək bildiriblər ki, Osmanlı Faiq Yunis oğlu may ayının 23-dən
Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsində çalışır.
Məlumat üçün bildirək ki, Aznews.az saytı deputatın atası, Göyçay
Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələr üzrə müavini Yunis
Osmanovun Ağdaşdakı imarətinin mühafizəsini oğlu Faiq Osmanlının rəhbəri
olduğu bölmənin əməkdaşları tərəfindən həyata keçirildiyi, Mühafizə
Bölməsinin xidməti avtomobillərinin burada istifadə olunması və bölmənin
işçilərinin ərazinin mühafizəni təmin etməsi barədə xəbər yaymışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=7569