“Məni indi də başqa iş üzrə prokurorluğa çağırırlar”
yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq
İdarəsinə dəvət olunub.
Leyla Yunus “Amerikanın səsi”nə
müsahibəsində bildirib ki, o prokurorluğa getməkdən imtina edib,
qanunsuz olaraq həyat yoldaşı Arif Yunusun və özünün prokurorluqda
saxlanan pasportların geri qaytarıldıqdan sonra istintaqa ifadə
verəcəyini bildirib.
“Səhər saat 10:05-də xüsusilə mühüm işlər
üzrə müstəntiq İbrahim Ləmbəranski mənə telefon edərək iki saatdan sonra
prokurorluğa gəlməyimi istədi. O dəvətin məqsədini açıqlamadı. Mən isə
pasportlar qaytarıldıqdan sonra gələcəyini bildirdim”.
Onun
sözlərinə görə bundan bir saat sonra evlərinə prokurorluğun əməkdaşı
gəlib və onun istintaq idarəsinə getməsini bildirib. “Mən ondan soruşdum
ki, pasportları gətiribsən? Dedi gətirməmişəm və evimin qapısını
açmadım”, Yunus bildirib.
Leyla Yunus güman edir ki, indiki anda
prokurorluğam həbsdə olan jurnalist Rauf Mirqədirovun Ermənistana
casusluq ittihamı ilə bağlı dəvət etmirlər. “Nümayəndəm deyib ki,
hazırda prokurorluqda ABŞ və Avropadan olan donorların qrantları üzrə
vergidən yayınma ilə bağlı cinayət işi başlanıb. Məni Mirqədirova qarşı
qaldırılmış cinayət işi üzrə həbs edə bilmədilər. İndi başqa iş üzrə
şahid qismində dəvət edirlər”, deyə o qeyd edib.
L.Yunus mayın
30-da saat 13-14 iradələrində Nəriman Nərimanov prospekti 125-də
yerləşən evinə polislərin gələcəyini ehtimal edir. “Polislər məni
istintaqa aparmaq üçün gələcəklər”, hüquq müdafiəçisi bildirib.
O
pasportunun alınmasını, evində axtarış aparılmasını, hava limanında
saxlanmasını qanunsuz hesab edir. “Bununla bağlı məhkəməyə şikayətlər
vermişəm, ancaq şikayətlərim təmin edilmir”, Yunus deyib.
Xatırladaq
ki, Leyla və Arif Yunuslar aprelin 28-də Fransaya konfransa yola
düşməzdən əvvəl Bakı aeroportunda saxlanılıblar. Onlara qarşı rəsmən heç
bir ittiham irəli sürülməyib. Lakin hökumətyönümlü KİV onu erməni
QHT-lərilə əməkdaşlıqda ittiham edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7573