“ASAN”çıların işi məhkəməyə göndərildi

29.05.2014 - 18:49

Özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş şəxslər həbs ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, özlərini
“ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi
təqdim etmiş şəxslərin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq zamanı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin
mütəxəssisi Hüseyn Abdullayevin xidməti səlahiyyətlərinin hüdudlarından
açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan
“ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Saatlı rayon
sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına dair çıxarışların, texniki pasportların və digər sənədlərin
veriləcəyini bildirərək müxtəlif məbləğlərdə pul almaqla “ASAN xidmət”
mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətlər etməsində və dövlətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün
əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə
səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, həmin cinayət işinin materiallarından ayrıca icraata
ayrılmış cinayət işi üzrə aparılmış istintaqla sözügedən MMC-nin Bərdə
rayonu üzrə mütəxəssisi Vüsal Baxşəliyevin xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü
“ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Bərdə rayon
sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət
qeydiyyatına dair çıxarışların, texniki pasportların verilməsi adı ilə
aldatma yolu ilə artıq aldığı pulu mədaxil qəbzlərini saxtalaşdırmaqla
ələ keçirməsində, bununla da “ASAN xidmət” mərkəzinin fəaliyyətini
nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o,
iş üzrə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 309.1-ci (vəzifə
səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər iki cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti
üzrə müvafiq olaraq Saatlı və Bərdə rayon məhkəmələrinə göndərilib.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının
əməkdaşları kimi təqdim etmiş “Kamal-SF” MMC-nin vəzifəli şəxslərinin
qanunsuz hərəkətləri ilə əlaqədar ayrıca icraata ayrılmış cinayət işi
üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031