Səbailin İcra Hakimiyyəti bir sənədi 15 000 manata satır

29.05.2014 - 18:54

Həyat təcrübəsi göstərir ki, müsəlman ömrünün sonuna qədər
tikir, qurur, yaradır. Sadə bir misal, əgər hansısa İvanın, Conun əlinə
artıq pul düşürsə, ağlına gələn ilk fikir həmin vəsaiti öz zövqü üçün
xərcləmək, səyahətlərə getmək olur. O pul Əlinin, Vəlinin əlinə düşəndə
isə refleks kimi dərhal tikinti ilə bağlı fantaziyalar baş qaldırır.
Əli, ya da Vəli ya torpaq sahəsi alıb ev tikdirməyi planlayır, yox, əgər
bundan doyubsa, evinin yanına əlavə mənzil sahəsi pərçimləməyi qərara
alır.

Sadəcə, bir məsələ var, o da son illər bu sahədə qaydaların
sərtləşdirilməsi. Birotaqlı mənzil sahəsi üçün vətəndaş zəncirvari
şəkildə ərazidəki müvafiq dövlət orqanlarına (əməliyyat müvəkkili,
tədqiqatçı, polis sahə inspektoru), həmçinin, icra hakimiyyətinə
“görüm-baxım”edir…Publika.az-ın fərdi mənzil tikintisindəki mövcud
vəziyyətlə bağlı araşdırmasını təqdim edirik:

Qanun-qayda nəyi nəzərdə tutur?

Başlayaq ilk növbədə məsələnin qanuni tərəflərindən. Fərdi mənzil
tikmək istəyən şəxs bir neçə mərhələdən keçməlidir. Bura torpaq
sahəsinin əldə edilməsi, evin layihəsinin çəkilib təsdiqlənməsi,
layihənin ekspertizası, tikintiyə icazə sənədinin və ünvanının alınması,
mülkiyyət hüququnun təsdiqlənməsi daxildir.
Bunlardan ən əsaslarını götürək: bildirdiyimiz kimi, ev tikmək üçün
əvvəlcə torpaq sahəsinə malik olmaq lazımdır. Vətəndaş bunun üçün ya
torpağı digər şəxsdən pulla alır, ya da bələdiyyəyə müraciət edir.
Torpaq qanunvericiliyinə əsasən, bələdiyyə ərazilərindən torpaq sahələri
hərracların keçirilməsi qaydası ilə alınır. Bu üsulla torpaq sahəsi
əldə edən şəxs həmin sahə üzərində mülkiyyət hüququnu təsdiqləməkdən
ötrü Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidmətinin ərazi idarələrinə təqdim edir. Mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı almaq
məqsədilə 30 manat, daşınmaz əmlaka dair texniki sənədlərə (pasport və
plan-ölçü) görə 50 manat məbləğində dövlət rüsumu ödəyir.

Bu prosesdə digər vacib məqam tikintiyə icazə sənədinin alınmasıdır.
Qeyd edək ki, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa
çatmış obyektlərin istismara qəbulu Qaydaları”na əsasən, tikintiyə icazə
Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən
alınmalıdır. Bu idarə ərizəçiyə ya icazə verir, ya da səbəbi
göstərilməklə imtina edir.Tikinti üçün icazə verildikdə isə maneəsiz
şəkildə evin tikintisinə başlamaq mümkündür. Lakin bir şərt var: fərdi
yaşayış evinin hündürlüyü. Binanın səkisinin ən aşağı və damının ən
hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı
isə 3-dən artıq olmamalıdır. Tikiləcək evin aşırımları (divar və ya
sütunlar) arasındakı məsafə maksimum 6 metr təşkil etməlidir. Ev
tikildikdən sonra rayon icra hakimiyyətinin memarlıq şöbəsinin iştirakı
ilə texniki şərtlər alınır. Bura qaz istismar idarəsi,
“Bakıelektrikşəbəkə”, su və kanalizasiya idarələrindən alınan texniki
şərtlər daxildir. Texniki şərtlərin alınması üçün müvafiq rüsuma
gəlincə, vətəndaş bunların hər biri üçün təxminən 30-40 manat vəsait
ödəyir, daha dəqiqi, ödəməlidir…

İcra hakimiyyəti orqanlarının öz qaydaları

Yuxarıda qeyd etdiklərimiz prosesin qanuni və tələb edilən
tərəfləridir. Ev tikmək heç də sadə deyil. Göstərilən mərhələlərin hər
birinin özünün “eniş-yoxuş”u var. Konkret olaraq birotaqlı yaşayış
sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan
asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var
ki, icra hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min
manat tələb edir. Əhməd Qasımov adlı vətəndaşın dediklərindən: “1
otaqlı ev tikmişəm, bunun üçün 2000 manat pul ödəmişəm. Evin çertyojunu
çəkmək üçün MMC-yə 50 manat pul vermişəm. Onun əsasında gedib qaz, su,
işıq idarələrinə sənəd təqdim etmişəm. Gətirib qazı, işığı, suyu
qoşublar. Başqa sənədləri ala bilməmişəm. Çünki sənədləri düzəltmək üçün
pul lazımdır. Olan pulumu da tikintiyə başlamazdan əvvəl icra
hakimiyyəti orqanlarının dilindən razılıq almağa xərcləmişəm”
.

“Ev tikmək üçün heç bir rüsum yoxdur”

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
şəhərsalma nəzarət şöbəsinin müdiri Dilxoş Nuriyev bildirir ki,
tikintiyə görə heç bir rüsum ödənmir: “Dövlət Rüsumu Haqqında”
qanunda fərdi yaşayış evinin tikintisi ilə bağlı rüsum nəzərdə
tutulmayıb. Vətəndaş tikinti şirkətinə layihə üçün sifariş verməlidir.
Müqavilə imzalayıb pul ödəməlidir. Layihələrə gəlincə, kvadratmetrinə
görə qiymətlər dəyişir. Amma bu, böyük məbləğ deyil”.

O ki qaldı fərdi yaşayış evi tikərkən vətəndaşdan 5000 manat
məbləğində əlavə pul tələb olunmasına D.Nuriyev onlara da bu barədə
şikayətlərin daxil olduğunu istisna etmir: “Ən çox Səbail rayonundan şikayət daxil olur”.

Bu ərazinin “rüşvət reytinqi”ndə birinci olmasının səbəblərinə
gəlincə, D.Nuriyev “bunun səbəbini deyə bilmərəm. Bir çox rayonlardan
şikayət daxil olur, o cümlədən də Səbaildən. Sumqayıt şəhərindən də
şikayətlər var” ,- dedi.

Bütün bunlarla rəğmən D.Nuriyev fərdi yaşayış evlərinin tikintisinin artdığını söyləyir: “Xüsusilə
Tikinti Məcəlləsinin qəbulundan sonra bu sahədəki bütün maneələr aradan
götürülüb. Torpağa dair sənədin, mülkiyyət hüququn varsa, layihəni
təqdim et, evini tik”.

Fərdi yaşayış evlərinin tikintisi 2 dəfə artıb

Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin rəhbəri Ramil
Osmanovun sözlərinə görə, qeyri-qanuni ödənişlər o zaman baş verir ki,
torpağın müvafiq sənədləri olmur: “Evin tikintisi ilə bağlı rəsmi ödəniş
yoxdur. Yalnız mənzilə istismar aktı alarkən cüzi ödəniş həyata
keçirilir. Bir də texniki şərti alarkən”
.

Vətəndaşların fərdi yaşayış binasının tikintisi üçün belə icra
hakimiyyətinə pul ödənməsinə toxunan R.Osmanov deyir ki, burada hər iki
tərəfin günahı eynidir: “Vətəndaş torpaq alarkən gələcəkdə problemlə
qarşılaşmamaq üçün sənədlərə diqqət eməlidir”.

Bəs sənədlər qaydada olanda necə, yenə də rayon icra hakimiyyəti
böyük məbləğdə vəsait tələb edirsə, vətəndaş nə etməlidir? Misal üçün,
Publika.az-a bir oxucu Səbayil rayonu ərazisində tikdirdiyi fərdi
yaşayış binası üçün həmin rayonun icra hakimiyyətinin başçısına 15. 000
manat ödədiyini yazıb. Müsahibim müvafiq icra hakimiyyəti orqanının bu
tələbinin qeyri-qanuni olduğunu bildirir…

Mütəxəssisin dediyindən belə bəlli olur ki, son illər fərdi ev
tikintisində bahalaşma baş verib: “Bütün seqmentlərdə olduğu kimi,
bazardakı konyunkturaya uyğun olub. Yəni qiymət həm artıb, həm azalıb.
Daha çox torpağın qiymətinin dəyişməsi fərdi yaşayış evlərinin
tikintisinə təsir edib. Hazırda müəyyən ərazilərdə söküntü işləri gedir.
Əhali aldığı kompensasiyanı şəhərdən kənardakı ərazilərə yönəldir, bu
da tələbi artırır. Tələbin artımı qiymətə təsir göstərməlidir, göstərir
də”.

R.Osmanov son illər fərdi yaşayış evlərinin tikintisində artım baş
verdiyini deyir: “Əvvəlki illərlə müqayisədə 2 dəfəyə yaxın artım var”.

“Bilmirəm”

Məsələyə qanunverici orqanın da münasibətini öyrənməyi qərara aldıq.
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyevin problemə
yanaşması orijinal oldu: “Tikinti ilə məşğul olmuram. Bilmirəm”.

Adı çəkilən komitənin digər üzvü, deputat İlham Məmmədov “Tikinti
Məcəlləsi”ndə nəzərdə tutulan müddəaların icrasına müvafiq icra
hakimiyyəti orqanlarının nəzarət etməli olduğunu bildirdi: “Qanunun necə
icra olunmasını onlar müəyyənləşdirir. Biz sadəcə, qanunları qəbul
edirik”.

Maraqlıdır ki, sözügedən məsələ ilə bağlı deputatlar danışmağa həvəsli
olmadıqlarını gizlətmirlər. Belə çıxır ki, ali qanunverici orqanın
nümayəndələri icra hakimiyyətləri ilə ya konfliktə getmək istəmirlər, ya
da gücsüz olduqlarını anladıqları üçün susurlar. Ortada isə sadə
vətəndaşların hüquqları kobud şəkildə pozulur!

Səbail rayonundan Milli Məclisə üzv seçilən Fuad Muradovun da cavabı lap qısa oldu: “İcra Hakimiyyətinə rüşvət verən vətəndaş mənə rəsmi qaydada müraciət etsin. Mən bu məsələni araşdıraram”.
Sözügedən rayonun icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov isə
iddiaları qəbul etmədi: “Belə bir şikayət varsa, göndərin, araşdıraq.
Fərdi yaşayış evinin tikintisi ilə bağlı vətəndaşdan pul tələb olunmur.
Ev tikmək istəyən icra hakimiyyətinə sənəd təqdim edir. Araşdırıldıqdan
sonra vətəndaşa cavab verilir”.

Son

Sonda belə nəticəyə gəlmək olar ki, fərdi yaşayış binası
tikərkən polis orqanlarına (əməliyyat müvəkkili, tədqiqatçı, polis sahə
inspektoru) və icra hakimiyyətlərinin müvafiq şöbələrinə ödənilən
5000-15000 manat qeyri-qanuni ödənişdir. Əslində isə “Tikinti Məcəlləsi”
bu kimi korrupsiya hallarını aradan qaldırmaq məqsədilə qəbul edilib.
Lakin icra orqanları ciblərini doldurmaq üçün buna da “çarə” tapıblar.
Qanun bu məsələdə faktiki “kağız parçası”na çevrilib…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7575

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031