Süd məntəqəsində qorxunc faktlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi süd qəbulu və yığımı məntəqəsində reyd keçirib.
Lənkəran ərazi idarəsinin əməkdaşları Lənkəran rayon Xutor qəsəbəsi
ərazisində yerləşən məntəqədə aparılan reyd zamanı ürək açan heç nəyə
rast gəlinməyib. Məlum olub ki, qanunsuz fəaliyyətdə olan məntəqədə heç
bir normativ sənəd və uyğunluq sertifikat yoxdur. Vətəndaşlardan qəbul
olunan süd isə qapağı açıq qalan kanalizasiya sisteminin yanında
aparılır. Qablara yığılan südün üzərində də hər cür həşərata rast
gəlinirdi. Məntəqə işçisi isə məsələyə özünəməxsus tərzdə cavab verib:
“İnəklərdən sağılan süd zamanı vedrəyə nəsə düşə bilər. Məntəqədə süd
süzgəcdən keçirilir və təmizlənir.”
İdarə əməkdaşı Xalid Ələkbərlinin sözlərinə görə ilkin başlanğıc
olaraq məntəqədə baxış protokolu qeyd olunub və qanuna müvafiq qaydada
tədbirlər görüləcək.
Aşkarlanan nöqsanlarla bağlı məntəqəyə məhdudlaşdırıcı qərar tətbiq
edilərək təqdim edilib. Həmin məntəqəni 1500 manatdan – 2000 manata kimi
cərimə gözləyir.
yığımı və qəbulu ilə məşğul olan məntəqələrində aparılması nəzərdə
tutlur.
Short URL: http://www.cumhuriyyet.net/?p=7576