“Yeni prezidentə yaxından nəzarət edəcəyik”

30.05.2014 - 01:26

Ukraynanın keçmiş baş naziri, prezidentliyə keçmiş namizəd
“Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko seçkidəki qələbəsi
münasibəti ilə Pyotr Poroşenkonu təbrik edib.
O, bildirib ki, ardıcıl
olaraq, “yeni hakimiyyətin işinə yaxından nəzarət edəcək”lər.
“Ukraynalılar
öz seçimini edib. Buna hörmətlə yanaşıram. Yeni prezidenti seçkidəki
qələbəsi münasibəti ilə təbrik edirəm. Xalq ona etimad krediti verib.
Yeni dövlət başçısı bunu doğrultmalıdır. Bunun üçün onun hər cür imkanı
və səlahiyyəti var”-deyə, Timoşenko vurğulayıb.
O,
qeyd edib ki, Ukrayna çətin durumdadır: “Bu səbəbdən də indi ölkədə
siyasi qarşıdurma yaratmaq məqsədəuyğun deyil. Ona görə də Maydanın
ideallarının həyata keçməsi üçün komandam Ukraynanın yeni prezidentinə
yardım etməyə hazırdır. Bununla belə partiyamız və fraksiyamız ardıcıl
olaraq, yeni prezidentin komandasının fəaliyyətinə yaxından nəzarət
edəcək”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031