Azərbaycandakı repressiyalar dünyanı hərəkətə gətirdi

30.05.2014 - 10:28

Azərbaycandakı repressiyalar dünyanı hərəkətə gətirdi

Beynəlxalq aləmdən Ilham Əliyev hakimiyyətinə ciddi təzyiqlər başlayır
Azərbaycan hakimiyyətinin beynəlxalq aləmin çağırışlarına rəğmən ölkədə avtoritarizmi dərinləşdirməsi, repressiyaları gücləndirməsi dünya birliyini hərəkətə gətirib. Lakin bu hərəkətlənmənin kökündə həm də Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiya yolundan imtina etmək niyyətində olmasıdır.
Biz bu barədə hələ ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın müsahibəsindən sonra Qərblə münasibətləri gərginləşdirmək yolunu tutmuş hakimiyyət bununla Avropaya inteqrasiya etmək niyyətində olduğunun mesajını verir. NIDA-çılara, Anar Məmmədova yüksək cəzaların verilməsi, Rauf Mirqədirovun işinin daha da dramatikləşdirilməsi və s. bu kimi addımların məqsədi məhz Avropa ilə dərindən əməkdaşlıq etməməyə nail olmaqdır. Daha doğrusu, hakimiyyət Avropa ilə əməkdaşlıq etmək istəyir, bir şərtlə ki, demokratik dünya Azərbaycanın daxilində yaradılmış avtoritar mühitlə razılaşsın. Avropa isə demokratik dəyərləri qurban verməməkdə israrlı görünür. Və müşahidələr göstərir ki, nəhayət, beynəlxalq birlik Azərbaycan hakimiyyəti ilə daha ucadan danışmağa başlamağı qərarlaşdırıb.
ATƏT və Böyük Britaniyadan Anar Məmmədli ilə Bəşir Süleymanlı barədə ədalətsiz məhkəmə hökmlərinə sərt etiraz gəlməsi, bundan başqa Almaniyada Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi  Kristofer Ştrasserin “Siyasi məhbuslarsız Avropa yolunda” mövzusunda konfrans keçirilməsi (bu tədbirdə Azərbaycanla bağlı məsələnin xüsusi müzakirə olunması şübhəsizdir) beynəlxalq aləmin artıq Azərbaycandakı repressiyalara sükutla yanaşmayacağını göstərir. Böyük ehtimalla az sonra demokratik dünyadan Azərbaycan hakimiyyətinə qarşı ciddi təzyiqlər gələcək. Hakimiyyətin isə vəziyyətdən yeganə çıxış yolu siyasi məhbusları azad etmək və ölkədə demokratik islahatlara başlamaqdır. 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031