Adil Əliyev Elton Məmmədovun oğlunu ittiham etdi

30.05.2014 - 10:41

Adil Əliyev Elton Məmmədovun oğlunu ittiham etdi

“Insanlar qudurmamalıdır. Yəni, ağıllı olmalısan, hər kəs kimin nəyinin olub-olmamasını yaxşı bilir”
“Həmin “K-1″ bankrot olmuş təşkilat idi və pullu adam axtarırdı ki, bunu qaldırsın. Görünür ki, bizim bəzi insanlarımızın da yaxşı imkanı olduğu üçün gedib onlara yaxşı pul təklif ediblər ki, gəlib burada yarış keçirsin. Həmin yarışda Bakıda təşkil olundu. Ancaq bizim xəbərimiz olmadan. Əslində bu yarış Azərbaycan Kikboksinq Federasiyasının razılığı ilə keçirilməli idi”.
Bu sözləri deputat Adil Əliyev həmkarı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Elnur Məmmədovun keçirdiyi kikboksinq üzrə yarışa münasibət bildirərkən deyib. Adil Əliyev daha sonra bildirib: Bunlar ilk dəfə idi ki, bu yarışı keçirdi və mən də xəbərdarlığımı etdim. Əgər bu yarış ikinci dəfə də təşkil olunsa, o zaman bu məhkəmə predmetinə çevriləcək.
“K-1” mənə neçə illərdir deyir, gəl müqavilə bağlayaq və Bakıda yarış keçirək. Ancaq mən onlarla bu razılığa getməmişəm. Əvvəla, mənim elə imkanım da yoxdur ki, “K-1″ yarışını keçirim. Yarışın səviyyəsi, o yarışda verilən bahalı viski və siqarın səviyyəsi ilə ölçülmür. Yarışın səviyyəsi idmançıların səviyyəsidir. Yarışın adını və imicini idmançılar qaldırır. Yoxsa ki, mən yarışda konsert təşkil edim, bahalı içkilər və siqarlar qoydurum, sonra da deyim ki, mən yüksək səviyyədə yarış keçirə bilirəm. Həmin yarışı keçirənlərin səviyyəsi də göz qabağındadır. O yarışı keçirən idmançı indi tutulub”.
Deputat “Yeni Müsavat”ın əməkdaşı Fərahim Ilqaroğlunun döyülməsinə də münasibət bildirib: “Mən jurnalistin döyülməsini qətiyyətlə pisləyirəm və bu cür addım atan adamları qınayıram… 
…O cür adamlara da tövsiyəm odur ki, özlərini döyülən jurnalistin yerinə qoysunlar. Yəni, dəvədən də böyük fil var. Heç vaxt deyə bilməzsən ki, məndən güclü heç kim yoxdur. Bu gün sən döyərsən, sabah da səni döyərlər. Allah göydən baxır. Allahla hərəkət etmək lazımdır. Insanları incitmək olmaz. Гї
Insanlar qudurmamalıdır. Yəni, ağıllı olmalısan, hər kəs kimin nəyinin olub-olmamasını yaxşı bilir. Sağlığına qismət, ancaq insanları nə üçün qıcıqlandırmalısan? Insanların hissiyyatı ilə oynamağa sənə kim ixtiyar verib? Sənin oğlun bahalı maşın sürürsə, qoy sürsün. Amma insan kimi sürsün. Daha gedib başqasını bədbəxt etməsin?.
Qeyd edək ki, Fərahim Ilqaroğlunun döyülməsində Elton Məmmədovun oğlu Aynar Məmmədovun adı hallanır. Jurnalistin Aynar Məmmədovun sifarişi ilə döyülməsi barədə əsaslı iddialar var.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031