Birinci qrup əlil nazirin qəbulunda özünü doğradı

30.05.2014 - 11:35

Birinci qrup əlil nazirin qəbulunda özünü doğradı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib. AzNews.az-a daxil olan məlumata görə, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib. 
Mərkəzdən  hadisənin baş verməsi faktı təsdiqlənib. Bildirilib ki, xəstə – 53 yaşlı, əlil Rəsid Nəbiyev bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun üzərində dərhal cərrahi əməliyyat aparılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə etiraz etməsi olub: “O birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031