ABŞ səfirliyi hakimiyyəti tənqid etdi

30.05.2014 - 12:10

ABŞ səfirliyi hakimiyyəti tənqid etdi

Səfirlik Anar Məmmədli, SMDTM-nin icraçı direktoru və tərəfdaş QHT rəhbərinin məhkəməsinin nəticəsinə dair bəyanat
ABŞ-ın Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, bu qurumun icraçı direktoru və tərəfdaş QHT-nin rəhbəri barədə məhkəmənin nəticəsi ilə bağlı bəyanatla çıxış edib.
 
Sənəddə deyilir:
 
“Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlini qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadə kimi çox şübhəli ittihamlarla ittiham edərək beş il yarım azadlıqdan  məhrumetmə cəzası kəsib.
SMDT-nin icraçı direktoru və tərəfdaş QHT-nin rəhbərinə də bu kimi ittihamlarla hökm oxunub. Bu həbslər Azərbaycanın demokratik inkişafı istiqamətində ciddi geriləmədir.
 
Biz Azərbaycanın əsas tərəfdaşı olaraq inanırıq ki, ölkənin gələcək sabitliyi və inkişafı üçün ən doğru addım daha açıq cəmiyyətə imkan yaratmaq olardı”, deyə səfirliyin bəyanatında qeyd edilir (“Amerikanın səsi” radiosu).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7598

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031