Almaniyanın Drezden bələdiyyəsinə 3 azərbaycanlı seçilib
Almaniya tarixində ilk dəfə olaraq bu ölkədəki seçkili orqana azərbaycanlılar seçilib.
Almaniya-Azərbaycan
Drezden Cəmiyyətinin sədri Ağahüseyn Babayev APA-ya açıqlamasında
bildirib ki, mayın 25-də Drezden bələdiyyəsinə keçirilən seçkilərin
nəticəsinə əsasən seçilən 16 nəfərdən 3-ü azərbaycanlı olub.
Nəticələrin ötən gün açıqlandığını deyən A. Babayev qeyd edib ki,
seçilən azərbaycanlılar Azərbaycan diasporu tərəfindən irəli sürülən
namizədlərdir. Bunlar əslən Azərbaycandan olan Almaniya vətəndaşları
Azad Məmmədov, Ferman Levenfus və Anjelina Mixayilovadır: “İlk dəfə
olaraq, özü də böyük say çoxluğu ilə azərbaycanlıların yerli idarəetmədə
təmsil olunması bizim üçün ciddi yenilikdir və böyük ümidlərimiz var”.
A.Babayevin sözlərinə görə, 16 nəfərdən ibarət idarəetmə orqanına
başqa heç bir qeyri-alman, o cümlədən namizədliklərini vermələrinə
baxmayaraq, ermənilər də seçilə bilməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=7612