“Xəbər verdilər ki, həbs olunacam, gecəykən evdən çıxdım”
kimi dindirilən və sonra ölkəni tərk edən Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizova Facebook sosial şəbəkə vasitəsilə “Azadlıq”
radiosunun suallarını cavablandırıb.
– Mətanət xanim, Bakıdan qəfil getdiniz və müəmmalar yarandı.
Sizə qarşı təzyiqlər olacağı barədə iddialar səslənir. Yəni ölkəni bu
səbəbdən tərk etdiyiniz deyilir.
– Mayın 1 və 2-si
prokurorluqda şahid qismində dindirildim. Suallardan, cümlələrdən,
zarafatlardan, hərəkətlərdən, masanın üstündə olan sənədlərdən və s.
dərhal başa düşdüm ki, əsas suallar Leyla Yunusla bağlı veriləcək.
Müstəntiq onun haqda “o vətən xainidir”, “ölkəni satıb” deyəndə bildim
ki, bu oyunun əsas qəhrəmanı Leyla xanımdır. Fiziki zorakılıqla
qarşılaşmamışam, amma Amerika filmlərindəki kimi yaxşı müstəntiq və pis
müstəntiqi real həyatda gördüm.
– İstintaqda sizə hər hansı təzyiq oldumu və ya şahiddən
təqsirləndirilən şəxsə çevriləcəyinizə aid hər hansı eyham vuruldumu? Və
Leyla xanımın bu cinayət işinin “əsas qəhrəmanı” ola biləcəyi halda
sizi hansı təhlükə gözləyirdi?
– Mən bu suala cavab verməyə
psixoloji cəhətdən hələ hazır deyiləm, müalicəni 2 gün əvvəl bitirmişəm,
indi psixoloqun yanına gedirəm. Sadəcə onu deyə bilərəm ki, kiməsə
qarşı yalan ifadə verə bilmərəm, yalandan necə deyim ki, Leyla xanım bu
ölkəyə qarşı hansısa addım atıb. 13 ildir ki, onun yanındayam. Bu 13
ildə onun tərəfindən bu vətənə sevgidən, ağrıdan başqa heç nə görmədim.
Mayın 2-si gecə xəbər elədilər ki, səhər səni həbs edəcəklər, gecəykən
çıxmalısan. Səhərə yaxın sərhədi keçdim və sonra da eşitdim ki, evimizə
7-8 polisin müşayiəti ilə prokurorluğun nümayəndələri gəlib. Axtarış adı
ilə gəliblər, amma əsas məqsəd həm də məni həbs etmək olub.
– Rauf Mirqədirovun həbsindən, Leyla Yunusun Bakı aeropotunda
saxlanmasından sonra özünüzün də istintaqa çağrılacağınızı
gözləyirdinizmi?
– Düzünü deyim ki, yox. Düşünmədim ki, bizi ona qarşı istifadə etmək istəyərlər.
“BU SUAL ÖMRÜMÜN AXIRINA GƏDƏR MƏNƏ ƏZİYYƏT VERƏCƏK”
– Deyirsiz ki, həbs olunacağınızla bağlı xəbər aldız. Bəs ailənizi niyə özünüzlə aparmadız?
‑
Bu sual ömrümün axırına gədər mənə əziyyət verəcək. Xəbər gələndə 15
dəqiqəyə çantamı yığdım, yoldaşıma da əməlli-başlı heç nə başa salmadım.
Soruşanda ki nə olub, dedim nə qədər az bilsən, o qədər çox yaşayarsan
(rus atalar sozu). Oğlumun 18 yaşı var, həyatda bir çox problemlərlə
üzləşib. Evdən çıxanda yadımıza düşdu ki, onun xarici pasportu hələ
hazır deyil. Yəni ölkədən çıxmaq üçün sənədi yox idi. Onda oğlum dedi
ki, mama, sən get, birdən kimsə gəlsə, sənə xəbər edecəm. Səhərisi gün
qonşu, “jek” işçisi, işıqçı, liftçi, daha kimlər gəlmədi ki, harda
olduğumu öyrənsin. Evdən yoldaşımla çıxdıq, o məni Gürcüstana apardı,
sonra da Bakıya qayıtdı.
– Hazırda həyat yoldaşınız və oğlunuz Bakıdadı. Onlara
ölkəni tərk etməyə imkan verilmədi. Bunu özünüzə qarşı təzyiq
sayırsızmı?
– Sual yaranır, niyə axı mənim ailəmi ölkədən
buraxmırlar. Onlar ki bu işdə şahid qismində deyillər, cəmiyyətə təhlükə
hesab olunmurlar, cinayətkar deyillər. Mən isə şahid qismində bütün
suallara cavab vermişəm, evimdə axtarış ediblər, istintaqa aid olmayan
sənədləri, avadanlıqları götürüblər. Niyə onları ölkədən çıxmağa
qoymurlar? Cavabımız budur ki, qayıtmağım üçün onları əsir kimi
saxlayırlar.
“HƏLƏLİK SİYASI SIДћINACAQ İSTƏMƏMİŞƏM”
– Ananız hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sizə xitabən
“ölsəm də ölkəyə qayıtma” mesajını verdi. Ölkəyə qayıdacaqsız, yoxsa,
siyasi sığınacaq alacaqsız?
– Anam özü də bunu mənə dedi.
Dedi ki, sən təhlükəsizlikdə olsan, mənə yaşamaq daha rahat olar. Siyasi
sığınacaq istəməmişəm və hələlik bunu etmək fikrim də yoxdur. Bakıda
evim, işim, sınaqdan keçmiş dostlarım var. Situasiyaya baxacam. Baxacam
ki, bu məsələ nə ilə bitəcək.
– Mətanət xanım, əgər sirr deyilsə, indi hardasınız? Hansı ölkədəsiz, təhlükəsizliyiniz nə qədər təminatlıdır?
– Hüquq müdafiəçilərinin proqramı ilə Avropadayam. Ailəm yanımda olanda, özümü tam təhlükəsiz hiss eləyərəm.
Short URL: http://www.cumhuriyyet.net/?p=7614