Referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupu Nərimanov rayonunda növbəti tədbir keçirib

19.09.2016 - 17:53

rr19 sentyabr 2016-cı il tarixdə Nərimanov rayonunda referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun növbəti görüşü keçirilib.Tədbirdə referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud və referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev iştirak etmişlər.
Tədbiri giriş sözü ilə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev açaraq tədbir iştirakçılarını salamlamış və “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara tədbirdə iştirakına görə öz minnətdarlığını bildirmişdi. N.Mehdiyev 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış edən Elməddin Behbud sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişdir. O bildirmişdir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışmışdır. Elməddin Behbud həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat vermişdir. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəldiyini vurğulamışdır.tt
Yekunda Nurəddin Mehdiyev çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırmışdır.
Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Müzakirələrdə tədbir iştirakılarının sualları cavablandırılmış, izahatlar verilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini, espublikada aparılan islahatları lazımlı hesab etmiş razılıqlarını bildirmişlər.
Yekunda Nurəddin Mehdiyev və Elməddin Behbud tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırmışlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76182

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031