Azərbaycan təhlükənin bir addımlığında
Suriyada döyüşən azərbaycanlılar qayıtmağa
hazırlaşırlar
Suriyada döyüşən azərbaycanlılar qayıtmağa
hazırlaşırlar
Xeyli
müddətdir müzakirə predmeti olan Suriyada döyüşən azərbaycanlıların məsələsi
təhlükəli vəziyyətə çatıb. Vəhhabi cərəyanına qoşulmuş həmyerlilərimizin Bəşər
Əsədə qarşı döyüşlərə qatılması Azərbaycan üçün də ciddi təhlükə mənbəyi olaraq
görülürdü. Nəhayət, təhlükə qapımıza dayanmağa başladı.
Bununla
bağlı yayılan məlumata görə, Suriyada döyüşən azərbaycanlılar artıq geri dönmək
üçün hazırlıqlara başlayıb. Bəşər Əsədlə mübarizədə məğlub duruma düşən bu
adamlar başqa bir öldkəyə getməyin mümkünsüz olduğunu görərək, bu addımı atmaq
istəyirlər. Onların yaxın zamanlar üçün Azərbaycana dönərək, ölkələrində
yaşamaq niyyətində olduqları vurğulanır.
Qeyd
edək ki, yeni qanunvericiliyə əsasən başqa ölkələrdə döyüşən azərbaycanlılar cinayət
məsuliyyətinə cəlb olunacaq. Lakin işin çətin tərəfi odur ki, Suriyada döyüşən
həmyerlilərimizin böyük əksəriyyətinin kimliyi məlum deyil. Və belə olan
təqdirdə onların geri dönməsi zamanı hansısa problem yaşamayacaqlarına dəlalət
edir. Təhlükə isə ondan ibarətdir ki, adam öldürüb, baş kəsmək adəti qazanmış
bu adamlar cəmiyyət üçün ciddi təhdid mənbəyi olacaqlar. Onların həmçinin
istənilən vaxt silah əldə edərək öz ideyalarını ölkədə həyata keçirmək
istəkləri də baş qaldıra bilər.(jam.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=7622