Əliyevlərin qeydiyyatda olduğu ünvanda iki şirkət sənədləşdirilib
50 min
manatlıq nizamnamə kapitalı olan şirkətlərin direktorlarının kimliyi bilinmir
50 min
manatlıq nizamnamə kapitalı olan şirkətlərin direktorlarının kimliyi bilinmir
Vergilər
Nazirliyi cəmiyyətə məlum olan S.Vurğun,7 ünvanında daha 2 şirkəti qeydiyyata
alıb. Vergilər Nazirliyinin 21 may tarixli mətbu orqanında gedən məlumata görə,
“Klovan” və “Callina” şirkətləri 50 000 manat nizamnamə kapitalına malikdir. Bu
şirkətlərin direktorlarının adı açıqlanmır. Hərçənd həmin gün (1 aprel)
qeydiyyata alınan şirkətlərin qanuni təmsilçilərinin adı var. Vergilər
Nazirliyinin məlumat bazasında bu şirkətlər barədə məlumat yoxdur.
Bir neçə il
əvvəl “Turan İA” MSK-nın məlumatları əsasında qeyd etmişdi ki, Bakıda
S.Vurğun,7 ünvanında prezident İlham Əliyevin ailə üzvləri qeydiyyatdadır. Həmin ünvanda ailəyə məxsus bir neçə şirkət
qeydiyyata alınıb. Məsələn, “Ador” MMC bir neçə kommersiya bankı və
sənaye-investisiya şirkətinin həmtəsisçisidir. Maraqlıdır ki, Vergilər
Nazirliyinin elektron məlumat bazasında bu şirkətlər haqda məlumat verilmir.
2012-ci ilin iyunundan Azərbaycan
qanunvericiliyinə yeni norma daxil edilib: kommersiya şirkətlərinin təsisçiləri
və onların pay iştirakı barədə informasiyaların açıqlanması qadağandır. Bu,
KİV-də Əliyevlər ailəsi və onların ətrafının çoxsaylı şirkətləri barədə məlumat
yayılandan sonra baş verdi. 2005-ci ildən dövlət qulluqçularının gəlirlərinin
bəyan edilməsi haqqında qanunvericilik norması (“Korrupsiya ilə mübarizə haqqında” qanun) olsa da, Azərbaycan Avropa
Şurasının nadir ölkələrindəndir ki, bu tələb yerinə yetirilmir. Nəticədə hakim
nomenklatur oliqarxiya biznesin nüvəsinə çevrilib.
“Turan”
Short URL: http://www.cumhuriyyet.net/?p=7623