Kəmaləddin Heydərovun qapalı Lerik qəbulu
Qəbulu izləmək üçün yalnız “AzərTAc” və AzTV-nin
müxbirlərinə icazə verilib, şikayətçiləri isə nazir müavinləri dinləyib
müxbirlərinə icazə verilib, şikayətçiləri isə nazir müavinləri dinləyib
Şikayətə gələnləri şəhər məktəbində qeydə alınıblar. Şikayətçilərdən bir
neçəsi jurnalistlərə yaxınlaşıb onları qeydə almaq istəmədiklərini
bildiriblər. Səbəb isə onların qabaqcadan qeydiyyatdan keçməmələri
göstərilib. Şikayətçilərin səslərini lentə alarkən iki nəfər mülkigeyimli şəxs
çəkilişimizə mane oldu. Sonra isə bizi hadisə yerindən uzaqlaşdırdılar.
Sonradan öyrəndik ki, qəbulu izləmək üçün yalnız “AzərTAc” və AzTV-nin
müxbirlərinə icazə verilib.
Nazirin qəbulunu kənar bir yerdən müşahidə etmək məcburiyyətində qaldıq.
Görüşdə iştirak edənlərlə etdiyimiz söhbətlərdən belə məlum oldu ki,
şikayətçilərin əksəriyyətini nazir müavinləri qəbul ediblər.(azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=7626