Metro rəisinin sonrakı peşmançılığı
Metro kecidlərində ticarət bərpa edilir
Bakı Metropoliteni İdarəsinin qərarı ilə keçidlərdə ləğv edilən tcarət
obyektlərinin fəaliyyəti bərpa ediləcək. Axar.az xəbər verir ki, bu
barədə məlumatı Bakı Metropoliteni stansiyalarının birinin rəisi ticarət
obyekti sahibləri ilə görüşündə deyib. Rəis bildirib ki, iki gün əvvəl
Bakı Metropoliteni İdarəsində iclas keçirilib. Əsas müzakirə mövzusu da
məhz ticarət obyektləri olub. İclasda qeyd edilib ki, keçidlərdəki
ticarət köşkləri ləğv edildikdən sonra Metropolitenin gəlirləri
fantastik dərəcədə aşağı enib. İdarənin 2 ay ərzində ziyanı 20 milyon
manatla ölçülür.
Bu ziyan barədə daha yuxarı instansiyalara məlumat verildiyi də qeyd
edilib. Müzakirələrdən sonra Bakı Metropolitenində sentyabr ayından
etibarən ticarət obyektlərini bərpa etməklə bağlı göstəriş verilib. Xatırladaq ki, iki aydan artıqdır metro keçidlərində köşklər və reklam
lövhələri yığışdırılıb. Bunlar idarənin əsas gəlir mənbələrini təşkil
edirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=7628