Müəllimlər İnstitutunun Qazax filialında yeni həbs gözlənilir

31.05.2014 - 02:10

İsa
Veyisovun ardınca Afaq Qasımova da korrupsiya güdazına gedə bilər

 

Müəllimlər
İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veyisov saxta diplom
əməliyyatı ilə özü-özünü dolaşdıraraq korrupsiyada suçulandı və həbs olundu. 2
ildən artıqdır ki, həmin filialın rəhbərliyində Afaq Qasımova əyləşib. Filialda
elə bir dəyişiklik nəzərə çarpmır. Yalnız binanın estetik görünüşündən savayı.
Tələbələrə dərs deyən müəllimlərin çoxunun savad dərəcəsi həmişəki qaydadadır. Yalnız
xanımın xoşuna gəlməyən, sözünün üstünə söz qoyanlar və nahaqla
barışmayanlar işindən uzaqlaşdırılıb.

Tədris işləri üzrə
direktor müavini dosent Nizaməddin Babanlı təyin edilsə də, Afaq Qasımova
onunla yola getməyəcəyini anlayıb Aqiyyə Naxçıvanlının əli ilə onu filialda
işləyən Məmməd Yusifovla əvəzləyə bildi. Qeyri – qanuni yollarla filialda
“məhəg daşı” rolunu oynayan Qiymət Bağırovanı, İlham Əliyevi cüzi bir məsələnin
üstündə işdən kənarlaşdırdı. Yenicə yaradıcılıqla məşğul olan baş müəllimə
İlhamə Qəsəbovanı Bakıya yola saldı. Filialda yalnız onun sözünü deyən, havası
ilə havalaşanlar qaldı. İndi tələbələrin biliyinə qiymət verilməsı Afaq
Qasımovanın özünün yaratdığı “mərkəzləşmış” qaydaya keçirilir.

Afaq Qasımova onu da İsa Veyisovun aqibəti gözləyən,
müəllimlər institutunun Gəncə filialının sabiq direktoru, professor Ramiz
Məmmədovun yetirməsidir. O Ramiz Məmmədovun ki, əgər İsa Veyisov millətə 1000-ə
yaxın saxta diplom vermişdirsə, Ramiz Məmməodov 5000-ə yaxın saxta diplom
verib. Məsələ burasıdır ki, Ramiz Məmmədovun diplom alveri zamanı Afaq Qasımova
institutun Gəncə filialında tədris işləri üzrə direktor müavini vəzifəsində
çalışırdı. Kim inanar ki, bu işlərdə Afaq Qasımovanın rolu olmayıb? Dəqiq
məlumatdır ki, Afaq Qasımovanı Qazağa Ramiz Məmmədov təyin etdirib. Çünki,
Ramiz Məmmədovla müəllimlər imstitutunun rektoru Aqiyyə Naxçıvanlı “cici-bacı”
olublar. Aralarından su da keçməyib. Ramiz Məmmədovla İsa Veyisovun saxta
diplom əməliyyatında birlikdə “iş aparması” elə də açılmayan sirr deyil. İsa
Veyisov filialdan çıxarılan kimi, Afaq Qasımovanın Gəncədən yol basa-basa
Qazağa gəlişinin səbəbkarı ona görə Ramiz Məmmədov oldu ki, onun adları saxta
diplom sifarişində olan, guya Qazax filialında təhsil alan tələbələrinin işi
ört-basdır edilsin.

Afaq Qasımovanın
filialda çalışanlar arasında get-gedə azalan nüfuzu, yay-qış semestrlərdə
korrupsiya və rüşvətxorluğa yuvarlanması və canına vəlvələ salan Ramiz Məmmədov
haqq-hesabları, yəqin ki, onun da
tezliklə yerinə su salınmasından xəbər verir.

 

Tural

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930