Beyləqanda pambıqçılıq: böhtanlar və gerçəklik
Susmağın qızıl olması haqda məsəl etiraz və ya haqqı qorumaq anlamında işlənməyib. Əksinə haqsızlığa və ədalətsizliyə susmağın özü günahdır. Nə isə.. Bu girişimizdən sonra birbaşa mətləbə keçək. Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev haqda son günlər mətbuatda yazılanlar qarşı tərəfi hərəkətə gətirib və bu hərəkətlənmənin qır-qırıntısından “Etibarsız “etibarlı mənbənin” Beyləqanda pambıq yalanları” ortaya çıxıb. Biz də Beyləqan rayonunda pambıqçılığın real durumu haqda gerçəkləri öyrənib sizə çatdırmaq qərarına gəldik.
Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Beyləqan rayonunda zəruri işlər görülür.
Pambıqçılıq sahəsində böyük təcrübəsi olan Beyləqanda 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Belə ki, əgər ötən il rayon ərazisində 2079 hektarda pambıq əkilmişdisə, bu il 4100 hektarda çiyid səpilib. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı və “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavodu ilə müqavilə əsasında becəriblər. 2100 hektar sahədə pambıq becərilməsi üçün 314 fermerlə müqavilə bağlanılıb.
Bir sözlə, bu il pambıqçılıq Beyləqanda inkişaf dönəmini yaşayır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Bizim sözümüz başqalarının əlində balta kimi istifadə olunan sapı özümüzdən olanlara, qərəzli media orqanlarınadır. Dostlar, inanın ki, sizdən Vaqif Abdullayevə qarşı istifadə edirlər. Bu şəxslər sonradan sizə lağ da edirlər. Bunların fikri rayonda qarışıqlıq yaratmaqdır. Onlar bu məkrli oyunlara sizləri qatırlar. Ona görə də maksimum dərəcədə bu oyunlardan çəkinin, kimlərinsə əlində başqalarına qarşı dəyənək olmayın. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir. Belə bir adama şər atmaq, haqqında böhtan danışmaq, ədalətsizcəsinə mühakimə etməyi nə bəndə, nə də Allah götürməz.
Short URL: http://www.cumhuriyyet.net/?p=76308