“Hamımızı qıracaqlar?”

31.05.2014 - 11:48

Elə tutatut başlayıblar ki, həm də gülməyimiz gəlir, çünki adamın
yadına Hafiz Hacıyev düşür. Axı bu Hafiz Hacıyev deyirdi ki, “prezident
olacam, hamınızı qıracam, həbs edəcəm” və s. Bəlkə Hafiz Hacıyevə
ehtiyac qalmadı, onun söylədiklərini necə var eləcə də həyata
keçirirlər?! 

Bəzi məlumatlı dostlar onu da deyir ki, bir neçə beynəlxalq təşkilata
və bu təşkilatların donorluq etdiyi yerli QHT-lərə qarşı da cinayət işi
başlanıb, hələ çox adamlar həbs edilə bilər. Bəzi dostlar da düşünür
ki, tezliklə beynəlxalq basqılar nəticə verəcək və siyasi məhbuslar
buraxılacaq…

Amma belə görünür ki, yuxarıdakı variantların heç birinin nəticəyə
birbaşa təsiri yoxdur, yəni həbslər və repressiyalar hakimiyyətin arzu
etdiyi durumu yaratmayacaq. Cəmiyyətin hazırkı sakit və rahat tərzinə
aldanmayın, sizə elə gəlməsin ki, hamı qorxu və susmaq yoluna başlaya
bilər. Diqqətlə baxsanız, tamam başqa nəticələr çıxarmaq olur. Həm də –
bu, təsəlli deyil – həbslər cəmiyyəti qorxutmur. Bu qədər tanınmış
simanın həbsindən sonra da, dünənəcən heç kimin tanımadığı gənclər həbs
edilir və öz hökmləri zamanı onları həbs edənlərə mənəvi hökm oxuyurlar.

Mayın 27-də Ağır Cinayətlər Məhkəməsində gənc blogerГїƏbdül ƏbilovaГї5
il yarım azadlıqdan məhrumetmə cəzası verildi. Əbdülün bu məhkəmədə son
sözünü oxuyun. Məsələ sözlərdə deyil, bu, əməl idi. Həmin məhkəməyə və
onun ağalarına mənəvi hökm oxumaq idi. Əbdülü tanıyırdınızmı? Çoxunuz
tanımırdınız. Onun son sözü əksəriyyət üçün həm də ilk söz idi, çünki
ilk dəfə eşidirdik onu. Buna baxmayaraq, o qədər daxili zənginliyi olan,
o qədər mübariz bir insanı tanımamışıq. Eləcə də 19 yaşlı bloger,
“Facebook”da hakimiyyəti tənqid edən “AzTV-dən seçmələr” səhifəsinin
admini olmuş Ömər Məmmədov. Hazırda onun məhkəməsi gedir və qondarma
narkotik ittihamı ilə şərlənən bu gənclə fəxr etmək olar. Illərin
sınağından çıxmış, yüksək mənəviyyatlı, mübariz və mətin bir insan kimi
tanıdıq onu.

Bir sözlə, artıq tanımadığımız adamların mübarizəsinin də şahidi
oluruq. Odur ki, proseslərin öləcəyindən, “hamımızı qıracaqlar”dan
söhbət gedə bilməz. Bu, yalnız gülməşəkər bir arzu olaraq qalacaq.
Ölkəyə rəhbərlik edən oğru yığını üçün sakitlik olmayacaq – həbslər
adiləşib artıq, kiminsə vecinə deyil, sadəcə, seçkilərdən sonrakı siyasi
durğunluq aldadıcıdır. Həm də artıq bu hakimiyyətin rəqibləri təkcə
siyasi partiyalar, formal qruplar deyil, həm də tanımadığımız yeni
mübarizləri yetişdirən cəmiyyət, yeni çağ  və yeni dəyərlərlə yaşamaq
arzusudur. Onsuz da durumun kəskin dəyişəcəyinin vaxtı, anı heç vaxt
bilinmir, hər an ola bilər.

Hazırda nikbinlik ona görə yoxdur ki, ölkədə geniş resursları olan
bir sistem qurulub və onun repressiyaları aman vermir. Amma bədbinliyə
də əsas yoxdur, repressiyalar fəalları, mübarizəni dayandırmır və necə
deyərlər, hamını “qıra bilməyəcəklər”. Hakimiyyətdə olanlar, onları
müdafiə edənlər, bu və ya başqa bir səbəbdən “bu hakimiyyətə qalib
gəlməyin mümkün olmadığını” deyənlər bir şeyi unudurlar: bu hakimiyyətin
barışmaz bir düşməni var – yeni çağ, xalqın maraqlarını ehtiva edən
ideyalar, arzu və istəklər. Qoy kim Hafiz Hacıyevin adından danışdığı
bir rejimin tarixə qalib gələcəyinə inanırsa, inansın. Mən başqalarının
qalib olacağını düşünürəm – həbsdə olanlar, onların mübarizəsini davam
etdirib həbsdən qorxmayanlar, xalqımızın maraqları,  zamanın tələbi olan
müasir dəyərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031