Bir repressiyanın tarixçəsi: “evimizin çiragı sönülü, qapımız isə qıfıllı qalıb”
Xeyli zaman idi ki həyatı təhlukə oldugumu hiss etmişdim. Dövlət qoçuları məni sərləyib həbs edəcəklərini və ölüm təhlükəm oldugunu yaxin çevrəmə və həyat yoldaşıma demişdim. Son yazilarimla hakim komandanı və onun qoçu dəstəsinin bu qədər qəzəbləndirəcəyimə inanmırdım. Hərdən sadəlövhcəsinə düşünürdümki, həyat yoldaşımın hamiləlik dövründə bu addımı atmazlar. Bu adamların həyatimda ən vacibli bir dönəmdə bu addimi atacaqlarina inanmırdim. Bir ailənin fərəhli, sevincli, gününü qəddarcasına qara günə çevirdilər.
Məni redaksiyamızdan axtardiqdan sonra evimə basqın duzənliyiblər. Maskalanmış və mülki geyimli silahli şəxslər tərəfindən evin qapısını sındiraraq icəri hucum ediblər. Həyat yoldaşimın bətnindəki körpəsi ilə həmin an nələr yaşadigini təsəvvur edəndə damarlarimda qanım donur
Mən ölkəni tərk etdikdən sonra bildim ki, evime hucum edən MTN əməkdaşlarının insanlıga sıgmayan bu hərəkətləri onlara nələr yaşadib. Bətnində bir korpösi olan qadın maskalanmış silahlıların qarşisinda diz cökərək,”bizi öldürməyin” deye göz yaşları ilə fəryad edib. Axı o körpənin günahı nədir? Allahinizdan qorxmadınızmı? Sizin övladınız yoxdurmu?
Etdikləri bu vəhşi qorxunc əməllərini ört basdır etmək ucun evimin təhlükəsizlik kamerasinın yaddaşını özləri ilə aparıblar. Həmin günden ailem o evde yaşamır. Çünki,cox qorxublar. Həmin gündən evimizin çiragı sönülü, qapımız isə qıfıllı qalıb. Bu qocu dəstə yerimi tapa bilmədiklərindən yerimi öyrənmək üçün həyat yoldaşima aylarla əzab verdilər, Allahınızdan qorxmadınızmı? Sevdikləriniz , övladlarınız sizə əziz oldugu kimin başqalarinkıda onlara əzizdir.
İndi cox carəsizəm . Ailəmə, mənə bunu edənləri qanunla mühakimə etdirməyim mümkün deyil.Çünki hüququn ,qanunun zorlandıgı vətandaşiyam. Amma sigindigim UCA TANRİM var. Allah bilən və görəndir .Əgər bir insan tutdugu vəzifəsində başqalarinın gunahını alırsa başqalarının haqqıni tapdalayırsa,gec tez Allah bunun bədəlini ona ödədəcək.Çunki, insan üçün vəzifə və yuksək mövqe əbədi deyil.Bu pisliyi edənləri ,məni ailəmi vətənimnən ,ana torpagımnan didərgin salanlarin qanunlar olmasada Allah cəzalandıracaq.
Məhəmmədəli Allahverdiyev
Short URL: http://www.cumhuriyyet.net/?p=76406