ANS-in təsisçiləri yeni televiziya aça bilər – RƏSMİ

23.09.2016 - 16:21

ans

“Milli Televiziya və Radio Şurası tender elan edərsə, o zaman Vahid Mustafayev həmin tenderdə başqa bir adda media qurumu açmaq üçün iştirak edə bilər”.

Bunu aznews.az-a açıqlamasında qurumun Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, elan olunan tenderdə qanunla hər kəs iştirak edə bilər: “Buna televiziya qanunları yol verir”.

İ.Məmmədov vurğulayıb ki, ANS televiziyasının hazırda boş qalan yayım tezliyi ilə bağlı tenderin elan olunması gözlənilmir: “Bunun üçün ilk növbədə reklam bazarı öyrənilməlidir. Çünki televiziyaların qazancı reklam bazarından gəlir. Reklam bazarı öyrəniləcək, əgər təlabat olarsa onda açmaq qərarı veriləcək. Əgər açılıb qazanc gətirməyəcəksə, yenidən bağlanacaqsa, bu, tamaşaçıya yaxşı təsir etməz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031