Mingəçevir Telekommunikasiya Qovşağının rəisinin fiber optik biznesi

31.05.2014 - 13:17

Mustafa Muradov ATS və telefon şkaflarının cari təmirindən nə qədər pul qazanır?

Mustafa Muradov ATS və telefon şkaflarının cari təmirindən nə qədər pul qazanır?

 

Paytaxtdakı məmurlardan fərqli olaraq, əyalət məmurları daha rahat
“fəaliyyət göstərirlər”. Hətta öz nazirliklərinin daxili nəzarət
şöbələrinin gözündən də yayınan, hər an “yoxlama gələcək”qorxusundan
uzaq bu məmurların arxayınçılığı sonucda dövlətə zərbə vurur. Belə ki,
rəhbərlik etdikləri qurumları “dədə malı” bilən əyalət məmurları
istədiklərini etməkdə sərbəst olduqlarını düşünürlər.

Mingəçevirdən daxil olan məlumata görə, Şəhər Telekommunikasiya
Qovşağının rəisi Mustafa Muradov rəhbərlik etdiyi qurumu öz şəxsi biznes
obyekti kimi idarə edən məmurlardandır. Məhz bunun nəticəsində qovşaq
rəisi böyük maddi imkanlar əldə edib. İnformasiya mənbəmiz bildirir ki,
Mustafa Muradaov şəhərin telefon xətlərinin yenilənməsi və fiber optik
kabellərin çəkilməsi maxinasiyasında külli miqdarda qazanc əldə
etmişdir.

Belə ki, son 2 ildə Mingəçevirdə 300 min metrdən çox yeni kabellər
çəkilmişdir. Köhnə kabellərin yeniləri ilə əvəzlənməsi maxinasiyasından
isə Qovşaq rəisi nə nədə çox 300 min manata yaxın xeyir götrmüşdür.O da
bildirilir ki, nazirlik qovşağa 1 metr fiber optik kabelin çəkilməsi
üçün 4 manat vəsait ayırıb. Qovşaq rəisi Mustafa Muradov isə həmin
kabellərin 1 metri üçün cəmi 2 manat xərc çəkib.

Mustafa Muradovun qazanc yerlərindən biri də  qovşağa daxil olan
vəsaitlərin ATS və telefon şkaflarının cari təmirinə xərclənməsidir.
Belə ki, hər il şəhər ATS-nin və telefon şkaflarının cari təmiri,
yenidən qurulması, kabellərin dəyişdirilməsi, apartların yenilənməsi və
sair işlər adı altında qovşaqdan külli miqdara vəsait çıxarılaraq
silinir.

Məlumatlı mənbəmiz bildirir ki, Mustafa Muradovun aylıq qazancı 10
min dollara yaxındır. Qeyd edək ki, Mingəçevir  Telekommunikasiya
Qovşağının rəisi Mustafa Muradovun dövlətdən oğurladığı vəsait hesabına
əldə etdiyi obyektləri, evlər və sair var dövləti ilə bağlı
redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza
təqdim edəcəyik.

Qeyd edək ki, Mustafa Muradov əslən Ağdaş rayonu, Ağzıbir
kəndindəndir. Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun
Elektrotexnika fakültəsini bitirən M.Muradov 1996-cı ildən hazırkı
dövrədək Rabitə və Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat
Birliyi Mingəçevir Telekommunikasiya Qovşağında rəis vəzifəsində
çalışmaqdadır.

Kompyuter bilgiləri arasında Windows XP, MSOffice, İnternetExplorer
olan rəis pul qazanmağın yollarını informasiya texnologiyalarından daha
yaxşı bilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=7647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031