ƏMR: Bakı Şəhər Təhsil İdarəsində önəmli kadr dəyişikliyi – RƏSMİ
Təhsil Nazirliyində kadr dəyişikliyi olub.
Modern.az-ın Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə Əlaqələr sektorunun əməkdaşı Bəşarət Məmmədova yeni vəzifə verilib.
O, Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə təyin olunub.
Təyinat təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrlə baş tutub.
Əmrə əsasən, Bakı Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Arzu Tarquliyeva səhhəti ilə əlaqədar məzuniyyətə göndərilib.
Bəşarət Məmmədovun yeni vəzifəsinin icrasına gələn həftənin ikinci günü- 27 sentyabrdan başlayacağı gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=76538