İsmayıllı rayonunda referendum yüksək səviyyədə keçirilib

27.09.2016 - 10:14

ismayilliAzərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum İsmayıllı rayonundakı seçki məntəqələri üzrə sakit şəraitdə yekunlaşıb. Vətəndaşlar gün ərzində bütün məntəqələrdə sərbəst şəkildə səsvermə hüququndan istifadə etmişlər. 86 saylı İsmayıllı seçki dairəsi üzrə yaradılan 69 məntəqədə Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilmiş səsvermə mütəşəkkilliklə başlayıb və gün ərzində də seçici fəallığı davam edib. 6 məntəqədə kamera quraşdırılıb. Prosesi 703 müşahidəçi izləyib.
Rayon ərazisindəki məntəqələrdə hər hansı ciddi qayda pozuntusu müşahidə olunmayıb. Beynəlxalq və yerli müşahidəçilər məntəqə seçki komissiyalarında seçki prosesinin gedişini izləyib, eyni zamanda, çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri seçkilərin işıqlandırılmasında fəal iştirak ediblər. Rayonda dairə seçki komissiyalarının tərkibində olan seçki məntəqələri bütün zəruri texniki avadanlıqla təmin edilmişdir. Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76870

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930