Qərb YAP hakimiyyəti ilə ilə demokratiya savaşına başlayır
Hakimiyyətlə danışıq tonu xeyli sərtləşdirilib və rəsmi Bakıdan insan haqlarına hörmət tələb olunur
20 ildən artıqdır ki, Azərbaycanda eyni komanda hakimiyyət başındadır. Bu müddət
kifayət edib ki, hakimiyyətin xarakter və mahiyyətinin nədən ibarət olduğunu
öyrənək. Məsələn, müharibə bəyanatları veriləndə, Qərbə hücum təşkil ediləndə,
bunun hansı zərurətdən yarandığı və hansı auditoriyaya hesablandığı aydın olur.
Bu yazımızda da çalışacağıq ki, hakimiyyətin son günlər “repertuar”ına saldığı
“tamaşa” ların, əsl “janr”ını müəyyən edək.
Öncə ABŞ səfiri Riçard Morninqstar “mühasirə”yə alındı və bütün istiqamətlərdən
atəşə tutuldu. Vəziyyət o həddə çatdı ki, ABŞ iğtişaşlar törətməkdə, “Molotov
kokteyli” hazırlamaqda ittiham edildi və səfirin ölkədən qovulması ilə bağlı
təkliflər səsləndi. Bütün bunlar ona görə baş verdi ki, ABŞ səfiri hakimiyyətin
“monolit” olmadığını bildirdi və bəzi çatışmazlıqları dilə gətirdi.
Daha sonra eyni hücumlar Böyük Britaniyaya qarşı təşkil edildi. Bu hücumların səbəbi
isə, Britaniya Xarici Işlər Nazirliyinin Azərbaycandakı siyasi məhbuslarla
bağlı bəyanatı oldu. Həmin bəyanatda deyilir ki, hakimiyyət vətəndaş
cəmiyyətinə qarşı təzyiqlərə son qoymalı və ölkədə qanunun aliliyi təmin
etməlidi.
Təbii ki, ölkə vətəndaşları da demokratiyanın, qanunun aliliyinin, sosial ədalətin
bərpasının tərəfdarıdı və Qərbin bu çağırışlarını müsbət qarşılayır. Hakimiyyət
ölkədəki real vəziyyəti, vətəndaşların kütləvi narazılığını bildiyinə görə və
xalqın qərbdən gələn çağırışlardan ilhamlanmasının qarşısını almaq üçün,
anti-qərb ritorikasına üstünlük verdi. Bu kampaniya elə bir forma aldı ki,
sanki hakimiyyət ABŞ və Böyük Britaniyanı məhv etmək iqtidarındadır, hər iki
ölkənin səfirliyini dərhal ləğv edə bilərlər və bu ölkələrlə bütün əlaqələri
kəsmək problem deyil. Təbii ki, bütün bunlar daxili auditoriyaya hesablanıb və
“bizim işimizə heç kim qarışa bilməz” “şüar”ını, xalqa yenidən nümayiş etdirmək
cəhdidir.
Amma son proseslər onu göstərir ki, Qərb hakimiyyətlə danışıq tonunu xeyli
sərtləşdirib və rəsmi Bakı öz maraqlarını prinsipial şəkildə müdafiə edəndə
Azərbaycanda `siyasi məhbuslar` məsələsini qabardırır. Avropa strukturları
yenidən bu məsələni qaldırmağa başlayıblar. Bu dəfə “Avropa Sabitliyi
Təşəbbüsü” təşkilatı və Almaniyanın yeni ombudsmanı Berlində “Siyasi
məhbuslarsız Avropa yolunda” adı ilə Azərbaycan əleyhinə növbəti konfrans
təşkil edib. Bəli, bəli, bu, o Ştrasserdir ki, onun müəllifi olduğu Azərbaycanda
siyasi məhbuslar haqqında` qətnamə uğursuzluğa düçar olmuşdu.
İndi başlayacaq konfransda Avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri
iştirak edirlər. Konfransda bütün Avropada siyasi məhbus məsələsinin müzakirə
edilməsinə baxmayaraq, gündəliyinə və çıxış edənlərin siyahısına nəzər
yetirdikdə, onun məhz Azərbaycan hakimiyyətinə qarşı yönəldiyi aydın görünür.
Qeyd edək ki, məhz “Avropa Sabitliyi Təşəbbüsü” qalmaqallı “Kürü diplomatiyası”
hesabatının müəllifidir. Bu hesabatda bildirilirdi ki, Azərbaycan hakimiyyəti
xüsusilə qara kürü bankaları olmaqla avropalı siyasətçiləri müxtəlif
hədiyyələrlə satın alırdılar. Konfransda Azərbaycandan müxalif bloqer Emin
Milli və jurnalist Xədicə İsmayıl çıxış edir. Bu iki şəxs Azərbaycandakı insan
haqları haqqında dəhşətləri bütün dünyaya yayır.
Konfransda çıxış edənlərdən biri də ATƏT-in İrlandiyadan olan deputatı Maykl Maknamara
olacaq. O, bu yaxınlarda Bakıya etdiyi səfər zamanı Kristofer Ştrasserin
qətnaməsinin uğursuz olmasına təəssüflədiyini bildiririk bəyan edib ki, o, azərbaycandakı
siyasi məhbuslar haqqında yeni qətnamə hazırlayıb və bu qətnamə ATƏT-in iyun
ayında keçiriləcək sessiyasında müzakirə ediləcək. Konfransda o cümlədən,
Avropada Azərbaycan əleyhinə bütün kampaniyaların təşəbbüskarı, Almaniyanın
sabiq ombudsmanı Markus Leninq də çıxış edəcək.
Qeyd etmək lazımdır ki, indiyə qədər ATƏT hər il Azərbaycandakı vəziyyətlə bağlı bir
neçə qətnaməni, layihələri “paçka-paçka” qəbul edir, Azərbaycandakı insan
hüquqlarının acınacaqlı vəziyyətini` vurğulayaraq tövsiyələr göndərir.
Azərbaycan hökuməti isə yalnız onun siyasi maraqları və praktiki hədəflərinə
uyğun gələn tövsiyələri nəzərə alır.
Görünən odur ki, Azərbaycanın Avropa Şurasındakı sədrliyi yenidən anti-Azərbaycan
güclərini aktivləşdirib. Onların hədəfi aydındır. Onlar bizə problemlər
yaratmaq istəyir, Avropa Şurası üzvilərilə qarşılıqlı əlaqələri çətinləşdirmək
və bizim ölkənin beynəlxalq arenadakı imicinə zərbə vurmaq istəyirlər. Bu,
birinci səbəbdir.
İkinci səbəb isə budur ki, Azərbaycan hökuməti getdikcə dünya və Avropa liderlərinə tam
şəkildə açılır və ölkədəki demokratiya, insan haqlarının durumu hər kəsə aydın
olur.
Günay İskəndərova
Short URL: http://www.cumhuriyyet.net/?p=7858