Avropa şirkətləri Əliyevlərlə işləməkdən imtina edir?

03.06.2014 - 16:46

Avropa şirkətləri Azərbaycanın enerji layihələrini bir-birinin ardınca tərk edir

Fransanın “Total” və Almaniyanın E.on şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxmağa hazırlaşır.

Bu məlumatı Bakıda işə başlayan ənənəvi beynəlxalq neft-qaz
konfransının kuluarlarında jurnalistlərə ARDNŞ-in investisiya
departamentinin rəhbəri Vaqif Əliyev verib.

TAP kəməri Transanadolu Qaz Kəmərinin (TANAP) davamı olaraq
Azərbaycanın Xəzərdəki “Şahdəniz II” yatağından hasil olunacaq qazı
Avropa bazarlarına çıxarmalıdır. “Total” TAP layihəsində 10, E.on
şirkəti isə 9 faizlik paya malikdir. Layihədə BP 20 faiz, SOCAR 20 faiz,
“Statoil” 20 faiz, Avropanın iri qaz operatoru olan “Fluxys” 16 faiz
paya malikdir. İsveçrənin “Axpo” şirkətinin isə layihədə 5 faizlik payı
var.

V.Əliyev “Total” və E.on şirkətlərinin TAP layihəsini tərk etməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Şirkətlər isə hələlik informasiyanı şərh etmir. Cəmi bir neçə gün
əvvəl “Total” şirkəti “Şahdəniz II” layihəsindəki 19 faizlik payının 10
faizini Türkiyənin TPAO şirkətinə satışını rəsmiləşdirdi. Bundan əvvəl
isə “Statoil” layihədəki payının 10 faizini SOCAR-a satmışdı.

Həmçinin gözlənilir ki, yaxın vaxtlarda Norveç şirkətinin direktorlar
şurası ümumiyyətlə “Şahdəniz”dəki payını, habelə “Əsrin
müqaviləsi”indəki payını satmaq barədə qərar verə bilər. “Şahdəniz”
konsorsiumu bu yataqdan hasil olunacaq qazın Avropaya TANAP və onun
davamı olaraq TAP marşrutu ilə nəqlini seçəndən sonra “Statoil” və
“Total” elan etdilər ki, təqribən 10 milyard avroya başa gəlməsi
gözlənilən TANAP layihəsində yer almayacaqlar. İndi isə Fransa şirkəti
və onun alman ortağı TAP-dan da imtina edirlər.

Bəs nə baş verir? Avropanın enerji nəhəngləri Azərbaycan
qazının Avropa bazarlarına nəqlinə yönələn və cəmi 40 milyard avroya
başa gəlməsi gözlənilən layihələrdən yaxalarını niyə kənara çəkirlər?

Avropa şirkətlərinin strateji əhəmiyyətli bu enerji layihələrindən
çəkilməsinin arxasında siyasət dayandığına dair hələlik dəlil yoxdur.
Bununla belə aydındır ki, şirkətlər bu layihələrdən kənara çəkilərək
riskləri bölüşmək istəmirlər. Bu, bir tərəfdən layihənin kifayət qədər
bahalı olması, digər tərəfdən gələcək mümkün risklərlə bağlı ola bilər.
Hansı ki, bu layihələr Azərbaycandan çox Avropaya lazım idi və Avropanın
enerji təhlükəsizliyini təmin etməyə, Rusiya qazından asılılığı
azaltmağa yönəlib.

Azərbaycan qaz satmaq üçün bazar sarıdan korluq çəkməzdi. Məsələn,
Rusiya ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu ölkəyə istənilən
həcmdə qaz sata bilər…

Amid Nağıyev

 

Short URL: http://www.cumhuriyyet.net/?p=7919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728