“Azəriqaz” rəhbərliyi istefaya çağırıldı – “Narazılıq yaradır, həbs olunmalıdır!”

17.10.2016 - 16:22

1476706527_14786966_1296105930432072_367833512_o“Uşağımı aparıb “Azəriqaz” rəhbərinin otağında çimizdirərdim”

“”Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev istefaya göndərilməlidir”.

Bu sözləri “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” ictimai birliyinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, qurumun rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmədiyi üçün əhalinin qazla təminatında ciddi problemlər yaranıb: “Bir günün içində ölkədə əhali arasında böyük narazılıq yarandı. Bu narazılığa görə onu işdən çıxarmaq lazımdır. Çünki o, ölkənin qazla təminatına cavabdeh şəxsdir. Onu vəzifə sahibi ediblər. Baxıram ki, müxtəlif bəhanələr gətirirlər. Azərbaycan Avropaya qaz ixrac edir, amma bizim elə rayonlarımız var ki, hələ indi qazla təmin olunur”.

M.Qəhrəmanlı qeyd edib ki, “Azəriqaz” rəhbərliyi sosial narazılıq yaratdığı üçün prezident qarşısında hesabat verməlidir:

“İki gündür ki, insanlar əziyyət çəkir, körpə uşağı olan ailələr var. Mən o adamların yerində olsam, uşağımı aparıb Əkbər Hacıyevin otağındakı hamamda çimizdirərdim. Günahkardırlar, səlahiyyətlərini belə bilmirlər. İşlərini düzgün qura bilmədikləri üçün ölkə əhalisini pis vəziyyətə salıblar. Ona görə də bu rəhbərlik nəinki istefaya göndərilməli, hətta məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, havaların kəskin soyumasından sonra paytaxtın əksər yerlərində mavi yanacağın verilişi dayandırılıb. Bu isə əhalinin hiddətinə səbəb olub.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=79319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31