Mənim Demokratiya döyüşüm

17.03.2014 - 18:19

rrMən Məmmədova Aygün 1980-1985-ci illərdə BDU-nun Biologiya fakültəsində təhsil almışam. 1989-cu ildən baş laborant vəzifəsində çalışmışam. 1992-1995-ci illərdə Sosiologiya üzrə aspiranturada təhsil almışam. 1996-cı ildən etibarən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində müəllim vəzifəsində çalışmışam. 2000-ci ildən etibarən elə həmin fakültədə baş müəllim olaraq çalışmağa başlamışam. 2002-ci ildə Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2007-ci ildən etibarən dosent vəzifəsində çalışmışam. Bir neçə dərslik və metodik vəsaitin, 14 proqramın, 70-dək elmi məqalənin müəllifiyəm. Dəfələrlə beynəlxalq konfransların, o cümlədən, İsveç, Praqa, Penza, Belostokda keçirilmiş beynəlxalq elmi konfransların materiallarında elmi məqalələrim çap olunmuşdur. Bir sıra fəxri diplomlara layiq görülmüşəm. 100-dən çox diplomçuya və magistranta elmi rəhbərlik etmişəm. Lakin 1989-cu ildən etibarən BDU-dakı elmi fəaliyyətimə baxmayaraq 2013-cü ildən etibarən ölkədəki haqsızlıqlara olan siyasi baxışlarımdan dolayı sıxışdırılmağa başlamışam. Belə ki, tələbələri müxalifət sıralarına təşviq etdiyim üçün, mütəmade olaraq diktator rejiminə qarşı, əsgər ölümü və korrupsiya hallarına ilə bağlı etirazlarıma, sözdə demokratik olan respublikanın vətəndaşı kimi söz azadlığı hüququmdan istifadə etdiyim üçün artıq davamlı təhdid olunuram. Dəfələrlə təhdid olunmağıma baxmayaraq yolumdan dönməmişəm. Bununla bağlı bir neçə yuxarı instansiyalara, həmçinin ambudsman aparatına Elmira Süleymanovaya dəfələrlə müraciət etsəm də, müraciətlərim cavabsız olaraq qalır. Tam əksinə olaraq, yuxarı instansiyalara şikayət etdiyimçün və kömək istədiyim üçün daha ciddi təhdidlər gəldi. Hətta yazılarıma son qoymayacağım halda həyatımın risk altında olacağı ilə hədələnirəm,beləki 3 fevral 2014 cü il tarixində, evimi basan üç mülki geyimli şəxs evimə zorla girərək mnənə aid olan şəxsi əşyalarimi qanunsuz olaraq götuümüş və evimdə bir saata qədər axtarış aparmaqla yanaşi məni facebook səhifəmi açmağa məcbur etdilər.Mən məcburən facebook səhifəmi açdiqdan sonra şəxsi yazışmalarimi araşdirib bəzilərinin şəkillərini çəkdilər,bununla yetinməyib facebook səhifəmda olan 150 ya yaxin köşə yazilarımı məcburən sildilər. 2014-cü il yanvar ayının 31-da BDU-da korrupsiya halları haqda yazdığım yazıdan sonra artıq işimə xitam verildi. Amma bütün bunlara baxmayaraq əqidəmi dəyişmək fikrim yoxdur, hər nə qədər təhdid alsam belə sonadək diktator rejiminin əleyhinə və korrupsiya hallarına qarşı mübarizə edəcəyəm, bu ölkənin vətəndaşı olaraq söz haqqımı boğmağa imkan verməyəcəm!!!

Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=79354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31