“Putini Fransada oğurlayacaqlar”
Sergey Markov bildirib ki, Vladimir Putinin Fransada güc vasitəsilə ələ
keçirilməsi təhlükəsi var.
Putin Fransaya II Dünya Müharibəsi zamanı ikinci cəbhənin açılışının 70-ci ildönümünə həsr olunan tədbirə dəvət edilib.
Markov
isə özünün Facebook səhifəsində yazıb ki, Putinin o tədbirdə iştirakdan
imtina etməli olduğunu düşünür (ans press): “Düşünürəm ki, Putin o
tədbirdə iştirak etməməlidir. NATO-nun Ukraynada aqressiv hərəkəti onun
ələ keçirilməsilə nəticələnə bilər. NATO beynəlxalq hüquq normalarını
artıq vecinə almır. Onlar fikirləşir ki, Putin olmasa, onların bütün işi
öz axarıyla gedə bilər. Əgər Putin Fransada ələ keçirilərsə, Moskvada
dövlət çevrilişi həyata keçirilə bilər. Və hakimiyyətə yeni gələn
qüvvələr rəsmi Vaşinqtonla hesablaşar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8012