“Türk birliyi heç bir ölkəyə qarşı deyil”

05.06.2014 - 07:50

Bodrumda Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının
toplantısı keçirilib. APA TV-nin məlumatına görə, Türkiyənin xarici
işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi toplantıya Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri
Erlan İdrisov və Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev
qatılıblar.
Əhməd Davudoğlu çıxışında bildirib ki, Türk Şurası qardaşlıq
bağları üzərində qurulub. Onun sözlərinə görə, türkcə danışan toplumlar
fərqli dövlətlərdə yaşasalar da eyni millətdirlər: “Türk birliyi heç bir
ölkəyə, heç bir bloka qarşı deyil”.
Əhməd Davudoğlu bildirib ki, türkdilli ölkələr bu il kritik
proseslərin astanasındadır. Onun sözlərinə görə, NATO qüvvələri
türklərin sıx yaşadığı Əfqanıstanı tərk edəcək. Əhməd Davudoğlu qeyd
edib ki, Əfqanıstanın gələcəyi Türk dünyası üçün böyük önəm daşıyır.
Türkiyənin xarici işlər naziri Ukraynada baş verənlərə də toxunub və
deyib ki, türkdilli dövlətlərin birliyinin məqsədi Avrasiyada sülhə,
sabitliyə və rifaha nail olmaqdır.
Sonra toplantı qapalı davam etdirilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı iyunun 5-də keçiriləcək.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8013

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031