Bu günün Ulduz falı

05.06.2014 - 07:51

QOÇ – Kimsə sizdən imkanınız yetən bir şey istəsə, tərəddüd
etmədən verin. Səxavətinizi əsirgəməyin. Əslində bu, problemli
işlərinizin həllinə yardımçı olacaq. Göy qübbəsi köhnə dostlarla əlaqəni
də uğurlu sayır.
BUДћA – Ümumi kosmik
fon çox gərgindir. Nədəsə tərəddüdünüz varsa, bəri başdan onu təxirə
salın, çünki belə məqamlarda onun alınmaması daha çox ehtimal olunur.
Haqlı olmağınızla bahəm, güclü də olmalısınız.
ƏKİZLƏR – Bu tarixdə köhnə işləri təzələmək məsləhət deyil. Hər şeyin təzəsi
daha yaxşıdır. İlk növbədə özünüzü situasiyaya uyğunlaşdırmalısınız.
Lovğalıq və özündənrazılıq etməyin. Bütün gücünüzlə açıq havada olun.
XƏRÇƏNG – Sevindirici olaylar, şadyanalıqlar günü olduğu üçün qısqanclıqdan,
başqalarına qarşı hikkədən doğan istənilən addımınız böyük təhlükə
yarada bilər. Bu gün elektrik cihazları ilə ehtiyatlı davranın.
ŞİR – Qarşınızda duran bu təqvimdə əsas gücünüzü münasibətlərə yönəldin.
Amma diqqətli olun: rüşvət almaq, zina etmək, cadugərə getmək çox
təhlükəlidir. Tövbə məqamı, saflaşma vaxtıdır. 
QIZ – İmkan daxilində fəaliyyətə ara verib ruhi dünyanızı qidalandırın.
Özünüzü azad və müstəqil hiss edin. Heç kimdən qorxmayın, daxili
saflığınıza əminsinizsə, buna güvənib yalnız irəli gedin. 
TƏRƏZİ
– Əsas gücü münasibətlər müstəvisinə yönəltmək lazımdır. Hörmət
qazanmaq üçün bəlkə də bundan yaxşı məqam olmayacaq. Özünüzü güclü adam
sanırsınızsa, bu gün hətta zamanı da idarə edə bilərsiniz.
ƏQRƏB -Ətrafınızda kim varsa, hamısına sevinc, gülüş bəxş edin. Problem və
qayğılardan uzaq olun. Elə zənn edin ki, bu gün “iş orucu” tutmusunuz.
Axşam süfrəsində şükür edin ki, bu günü sağ-salamat başa vurmusunuz. 
OXATAN – Sevgi müstəvisində mövcud olan boşluqları doldurmağa tələsin. Elə
addım atın ki, sizə rəğbət yaransın. Əgər maddi imkanınız yetsə,
sevdiyiniz insana yaddaqalan bir hədiyyə də ala bilərsiniz.
OДћLAQ – Təzadlı gündür. Ziddiyyətli hadisələr bir-birini əvəz edəcək. Bu
səbəbdən ilk növbədə əldə olanları qorumaq lazımdır – pulunuzu, malınızı
sağa-sola səpməyin. Kiminsə qəlbinə dəyməyin, axı qəlb Allaha
məxsusdur.
SUTÖKƏN – İstirahət günü olsa
da, maliyyə işlərini qaydasına salmaq olar. Xüsusən də günortadan sonra
bu istiqamətdə fəal olmalısınız. Astroloji göstəricilər qida və yuxu
rejiminə riayət etməyi məsləhət görür.
BALIQLAR – Mümkün qədər bu təqvimi ev şəraitində keçirməyə çalışın. İzdiham
içində olmaq və ya uzaq səfərə çıxmaq münasib deyil. Bu gün
olub-keçənlər haqqında müfəssəl informasiyalar toplayın.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8014

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031