Bakıda yük maşınları toqquşub
Bakının Səbail rayonunda yük maşınları toqquşub.
APA-nın məlumatına görə, hadisə Bakı-Salyan şossesinin 4cü kilometrliyində, “20-ci sahə”də qeydə alınıb.
Sürücü Məhəmməd Əsgərov “Shacman” markalı yük avtomobili ilə Bayıl
qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni
itirərək maşını işıqforda dayanan digər “Shacman”a çırpıb. Qəza
nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Digər yük maşınının
sürücüsü isə xəsarət almayıb.
Hadisə yerinə gələn təcili yardım briqadası yaralı sürücünü
xəstəxanaya aparıb. Digər yük maşının sürücüsü isə hadisə yerindən
uzaqlaşıb. Yol polisi hadisə yerini tərk edən sürücünün axtarışına
başlayıb.
İlkin ehtimala görə, qəzanın baş verməsinə Məhəmməd Əsgərovun idarə
etdiyi yük maşının əyləc sistemində yaranan nasazlıq səbəb olub.
Qəzadan sonra yolda tıxac yaranıb. Yol-patrul xidməti
əməkdaşdlarının səyi nəticəsində tıxac yaradan qaldırılıb və yolda
nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8015