Bu gün Bakıda yağış yağacaq
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə
yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 16-21В°, gündüz 26-31В° isti, Bakıda gecə 19-21В°, gündüz
29-31В° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu,
nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 21-22В°, Zuğulba, Mərdəkan, Şüvəlan,
Buzovnada 22-23В°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24В° isti təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz
keçəcək. Temperatur gecə 11-16В°, gündüz 27-32В° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi
ehtimalı var. Temperatur gecə 7-12В°, gündüz 19-24В° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 14-19В°,
gündüz 26-31В° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində
hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 12-17В°, gündüz 25-30В°
isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin
gecə bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Temperaturun
gecə 15-20В°, gündüz 29-34В° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində
hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-20В°, gündüz 27-32В°
isti, dağlarda gecə 9-14В°, gündüz 21-26В° isti olacağı gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=8016