AKP-də yeni kütləvi istefa

05.06.2014 - 07:59

55 istefa ərizəsi təqdim edilib

 
AKP-nin İzmir şəhəri təşkilatı rəhbərliyi və heyəti kütləvi istefa verib.
ANS PRESS-in məlumatına görə, istefa ərizəsini təqdim edən partiyanın
İzmir şəhəri təşkilatı rəhbəri Ömər Cihad Akay 41 aylıq vəzifəsi
müddətində öz işindən razı olduğunu və şərəflə işdən ayrıldığını
bildirib.
Ötən həftənin cümə günü təqdim edilən 55 istefa ərizəsi partiyanın sədr müavini Süleyman Soyluya verilib.
Bildirilir ki, həftə sonu İzmir koordinatoru olan Mehmet Yüksel ilə
Saleh Koca İzmirə gələcək və bələdiyyə sədrləri, rayon başçıları, eləcə
də məclis üzvləri ilə danışıqlar apardıqdan sonra çıxan adları Soyluya
verəcəklər. Son qərar isə baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən
veriləcək.
Xatırladaq ki, bir həftə əvvəl də ölkənin digər bir neçə şəhərində partiyanın kütləvi istefası baş vermişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8018

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031