Sarkisyanın daha bir sirri açıldı
iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Rusiyanın son bir
neçə ildə heç bir KTMT üzvünə Azərbaycan qədər silah satmadığını
bildirib:
üzvünə Azərbaycan qədər silah satmayıb. Ehtimal var ki, yaxın zamanlarda
Azərbaycan bu təşkilatın da üzvü ola bilər. Hazırda Əliyev Ermənistanın
Qarabağsız Avrasiya İttifaqına daxil olması üçün çalışır. Bunun üçün
lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün Putinə pul
da verə bilər. Müəyyən anlıq Qərbin bütün layihələrindən Bakı üz
çevirmiş vəziyyət də yarada bilər, təki istəyinə çatsın.
məqsəd isə çox sadədir. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı
həbsxanasında blokadada boğmaq istəyir. Azərbaycan, Türkiyə və Rusiyanın
gələn il aprelin 24-nə qədər vaxtı var. Bu zaman Ermənistan əsas
geopolotik hadisələrin mərkəzinə çevrilə bilər. O vaxta qədər isə bu üç
dövlət Ermənistanı bütün imkanlarından maksimal dərəcədə uzaqlaşdırmağa
çalışır”.
T-90S tanklarının idxalının başlaması və Astanada Avrasiya İttifaqının
təsisi zamanı İlham Əliyevin müraciətinin Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev tərəfindən səsləndirilməsindən sonra Ermənistan
mediasında Qarabağın işğaldan azad olunacağı, Azərbaycanın mövqelərinin
gücləndiyi ilə bağlı ictimai narahatlıqlarını ifadə edən saysız-hesabsız
münasibətlər ifadə edilir./axar.az/
Short URL: http://www.cumhuriyyet.net/?p=8019