Kiçik yaşlarda aparılan əməliyyatların fəsadları

05.06.2014 - 08:39

Uşaq cərrahı: “Elə qüsurlar var ki, onlar uşaq dünyaya gələn kimi əməliyyatla aradan qaldırılmalıdır”

“Uşaqlarda anadangəlmə qüsurlar genetik amillər, ətraf mühitin təsiri
ilə bağlı yaranır. Üz-boyun nahiyəsindən başlayaraq bədənin bütün
sahələrində, orqanlar sistemində bu kimi qüsurlara rast gəlinir”. Bu
fikirləri uşaq cərrahiyyəsi uzmanı, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı
Fuad Hüseynov deyib.

F. Hüseynov bildirib ki, ana xətti ilə qohum olan evliliklərdə
anadangəlmə qüsurlu uşaqlara daha çox rast gəlinir. Bununla yanaşı,
mütəxəssis, qüsurların ana bətnində inkişafın başlanğıc nöqtəsində, həm
də hamiləliyin sonrakı dövründə ortaya çıxan problemlər, xarici
təsirlərlə də bağlı olduğunu vurğulayıb.

Cərrahın sözlərinə görə, hamiləlik zamanı qəbul edilən dərmanlar da
uşaqlarda qüsurların yaranmasına səbəb ola bilir: “Xırda problemlərdən
tutmuş, hər hansı bir orqanının fəaliyyətinin pozulmasına, hətta
olmamasına kimi fəsadlar yarana bilir”.Гї

Mütəxəssis qeyd edib ki, ən çox daxili orqanların, diafraqmanın,
mədə-bağırsaq və ifrazat sisteminin, yemək borusunun patologiyalarına,
xaya qüsurlarına təsadüf olunur. F. Hüseynov deyib ki, elə qüsurlar var
ki, onlar uşaq dünyaya gələn kimi, dərhal əməliyyat olunmalıdır: “Amma
elə qüsurlar da var ki, uşağın ümumi vəziyyətinə uyğun olaraq əməliyyat
təyin olunur. Məsələn, uşaqda bağırsaq, mədə keçməzliyi varsa, uşaq
vaxtında, normal doğulubsa, tez bir zamanda əməliyyata götürmək şansı
var. Amma uşaq bu problemlərlə vaxtından əvvəl dünyaya gəlibsə, onu süni
nəfəs aparatına bağlayaraq digər orqanların inkişafını gözləmək, planlı
əməliyyat təyin etmək lazım gəlir.

Amma bəzən elə məqamlar olur ki, əməliyyatın yan təsirlərini nəzərə
alaraq da uşağı təcili əməliyyata almışıq”. Cərrah onu da bildirib ki,
“Uşaqları erkən yaşda əməliyyat etmək olmaz”, “Kişik yaşda uşağa narkoz
verilməsi sonradan fəsadlara yol açır” kimi fikirlər yanlışdır: “Müalicə
üsulları, cərrahi taktika gündən-günə inkişaf edir. Onların eləcə də
narkozun insanlara, uşaqlara verə biləcəyi fəsadlar getdikcə azalır.
Mənim əməliyyat etdiyim 500 qramlıq, 24 həftəlik uşaq olub. Əməliyyat
nəticəsində uşaqda olan problem aradan qaldırılıb.

Elə uşaqlar var ki, doğulandan xayası torbasında deyil, kənarda olur.
Amma bəzi həkimlər, pediatrlar ailəyə 4 yaşa qədər gözləməyi məsləhət
bilirlər. Əgər bu xəstəlik varsa, bir yaşdan sonra mütləq əməliyyat
olunmalıdır. Çünki bir yaşdan sonra xaya kisədən kənarda qaldıqca öz
funksiyasını itirir”.

Narkozla bağlı hər hansı böyük problem olmur. Hazırda ən xırda
əməliyyatlar belə, ümumi anesteziya altında aparılır. Çünki uşağın ağrı
zamanı aldığı travmanın fəsadı narkozdan aldığı fəsaddan qat-qat çoxdur.
Uşaq ömür boyu həmin ağrının təsiri altına qalır, psixoloci travma ilə
böyüyür. Adi hesab edilən sünnətin də yerli anesteziya ilə icrası uşaqda
psixoloci travma yaradır. Uşağın narkoz alması yaşından asılı olan
məslə deyil. Bəlli bir zamandan sonra narkozun bədənə təsiri də itir və
bunun uşağa ziyanı ola bilməz.

Bu gün insanlar arasında “uşaq əməliyyatdan sonra narkozu qusdu” kimi
yanlış bir düşüncə var. Halbuki belə bir hal yoxdur. Narkoz qusulacaq
bir şey deyil ki. Narkoz mədədə olan maye, deyil ki, insan bunu qussun.
Narkoz verilən dərmanların ümumi adıdır. Qusuntuya gəlincə, hər bir
narkoz veriləndən sonra bədəndə boşalma yaranır, əzələlər yumşalandan
sonra müdaxilə olunur. Təbii ki, mədə-bağırsaq hərəkətlərində də azalma
müşahidə edilir. Qusma, hərəkətin azalması sayəsində baş verə bilir. Ona
görə də əməliyyatdan sonra biz valideynlərə uşağa bəlli bir zamandan
yemək yedizdirməyi məsləhət görürük”. (APA)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8020

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30